Bazar günü günü, 04 oktyabr 2026
     

İnternet resurslarda elektronlaşdırılaraq yayılan elmi əsərlər - kitabxanalar və saytlar pul qazanır, təkcə müəlliflər əli boşda qalır…

Image


Əqli mülkiyyət məhsulları ilə bağlı müəlliflik hüquqlarının qorunması ən vacib məsələlərdən biri olsa da, təəssüflər olsun ki, əksər vaxtda bunun əksini görürük və hər addımbaşı müəlliflərin hüquqlarının pozulduğunun şahidi oluruq.

Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda müəlliflərin hüquqlarını pozanlar sırasında həm kitabxanalar, həm ayrı-ayrı şirkətlər, həm də rəsmi və qeyri-rəsmi təşkilatlar var. Azərbaycanda müəllifin icazəsi olmadan və ona hər hansı bir qonorar ödənilmədən müxtəlif şirkətlər, kitabxanalar tərəfindən o müəllifin elmi, bədii əsərləri elektronlasdırılır və müxtəlif pul gətirən internet resurslarında yayılır, nəticədə həmin şirkətlər, kitabxanalar pul qazanır, amma müəllif heç nə qazanmır, burada həm müəllifin hüquqları pozulur, həm də pirat elektron kitab cinayətləri cəzasız qalır.

Onu da vurğulayaq ki, hətta bir sıra alim və yazarların əsərlərinin elektronlaşdırılmış variantları “Amazon” və digər internet platformalarında onlayn satışa çıxarılır, yenə də müəllifdən xəbərsiz, yenə də müəlliflə müqavilə imzalamadan, ona hər hansı bir məbləğ ödəmədən.

  • “Bir çox halda müəlliflərin intellektual mülkiyyət hüquqlarına zidd addımlar atılır”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a şərhində bildirdi ki, son illər internet üzərindən biznes şəbəkəsi genişlənib. A.X.Əbilov qeyd etdi ki, internet resurslarında yayılan intellektual əsərlərin müəllif hüquqları və patentlə əlaqədar bir sıra problemlər yaşanır: “Əgər müəlliflərin razılığı olmadan internetdə kommersiya xarakterli platformalarda onların yazdıqları məqalələr, sənət əsərləri, audiovizual nümunələr, intellektual məhsullar satışa çıxarılırsa və bununla bağlı onlara məlumat verilmirsə, müqavilə bağlanıb qonorar ödənilmirsə, bu düzgün deyil, müəllif hüquqlarının pozulmasıdır. Eyni zamanda, ədalətsizlikdir. Amma kitab məsələsində bir qədər fərqli yanaşma var. Kitablar bilirsiniz ki, elmi-kütləvi, bədii və digər sahələri əhatə edə bilər. Həmişə klassik, folklor, tarixi əsərlər kağız daşıyıcılarda və internetdə  yayıldığı zaman onların qonorar məsələsi bir qədər fərqli olur. Ümumiyyətlə, həm nəşriyyat işi, həm müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunlara, həm də beynəlxalq Paris və Berlin konvensiyalarına görə, müəlliflərin iki cür hüququ var. Birincisi, müəllif tərəfindən çap hüququ birbaşa nəşriyyata və yayımçılara verilən əsərlər. Burada müəllifə qonorar xüsusi razılıq əsasında verilir. İkincisi, həmin əsərlər ya qismən pullu, ya da tam pulsuz yayımlandığı zaman müəllifə onunla razılaşdırılmış formada faiz ödənilir. İnternet resurslarında, platformalarında isə bu məsələyə yanaşma bir qədər fərqlidir. İnternet resurslarında müəllifin öz əsərini tapması daha asandır, çünki müəllif ya əsərin, ya da öz adını axtarış sisteminə yazır  və bu zaman onun əsərlərinin hansı internet resurslarında yayımlandığı məlum olur, bütün siyahı üzə çıxır. Azərbaycanda da, dünyanın müəxtəlif yerlərində də müəlliflər var ki, onlar həqiqətən də kommersiya xarakterli əsərlər yazırlar. Məsələn, Çingiz Abdullayevin dedektiv əsərləri, yaxud Nobelçi yazarların yazdıqları bu qəbildəndir, eyni zamanda, bunlar dilimizə tərcümə edilirsə, kommersiya əsərləridir, yaxud yeni əsərlər. Müəlliflər var ki, əsərin mürəkkəbi qurumamış, onu kağız daşıyıca çap edir və bundan sonra isə o əsərlər elektronlaşdırılır və bir çox halda müəlliflərin intellektual mülkiyyət hüquqlarına zidd addımlar atılır. 2009-cu ildə bizim səylərimiz nəticəsində fəaliyyətə başlayan kitabxana.net milli virtual elektron kitabxanada 6 mindən çox rəqəmsal  nəşr, kitab yerləşdirilib. Bunların 95 faizi müəllifin və naşirin yayımından xəbəri olduğu əsərlərdir. Eyni zamanda, bizim dostlarımız, tanışlarımız öz yazdıqları kitabları bizə verirlər, biz onları elektronlaşdırırıq. Yaxud da hansısa layihələr əsasında kitabları elektronlaşdırıb yerləşdiririk”.

A.X.Əbilov qeyd etdi ki, kitabxana.net portalı bu kitablara qeyri-kommersiya məqsədilə yanaşır və onları sırf humanitar xarakterli bir aksiya olaraq internetdə yerləşdirir. “Amma bizim kitabları başqaları həm elektron, həm də kağız formasında götürürlər, onları kommersiya məqsədilə yayımlayıb qazanc əldə edirlər, müəllifə və o əsərləri elektronlaşdıranlara isə hər hansı bir qonorar ödənilmir.

Kitabxana.net-in ana səhifəsində belə bir xəbər yerləşdirilib ki, müəllifin və əlaqədar hüquqlarla bağlı nəşriyyatların, yayımçıların, yaxud   kitabxana.net portalının, o kitabları elektronlaşdıran qurumların icazəsi olmadan kitabın kommersiya portallarında yayımı qadağandır və bununla bağlı müəlliflə, əlaqəli hüquqlar varsa, nəşriyyatla və naşirlərlə, onu elektronlaşdıran qurumla razılıq əldə edilməlidir. Bir çox müəllif var ki, onların nəinki Azərbaycanda, hətta Türkiyədə, Rusiyada, Avropada kitabları çap olunur. Baxmayaraq ki, bizdə Müəllif Hüquqları Agentliyi var, amma müəllif hüquqları ilə bağlı problemlər hələ də qalır, mövcuddur. Bununla bağlı müəyyən işlər gedir, yaradıcı təşkilatlar var, amma müəlliflərin hüquqları, demək olar ki, qorunmur. Müəlliflər kitablarını öz pulları ilə çap edirlər. Bəri başdan Azərbaycan müəllifləri ilə nəşriyyatlar arasında qeyri-rəsmi bir saziş olur ki, pulunu gətir, kitabı çap etdir, sonra isə kitabı necə yayırsan yay. Dünyada isə belə deyil. Həm kitab çapı, həm audiovizual məhsulların hüquqları müəlliflik və əlaqəli hüquqlarla tənzimlənir. Eyni zamanda, müəlliflə yayımçılar arasında tərəflərin hüquqları, qonorar məsələsi müqavilə əsasında rəsmiləşdirilir” - deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ