Cümə axşamı günü, 08 oktyabr 2026
     

1989-cu ildə Şuşada son “Xarı bülbül” festivalında nələr baş verib - canlı şahid 31 ildən sonra danışır...

Image


“Mənim orada ən böyük incikliyim Azərbaycan Televiziyasından oldu, çünki onlar müxtəlif bəhanələr gətirərək bu tarixi hadisəni lentə almadılar”

 

Azərbaycan musiqi mədəniyyəti tarixində öz bənzərsizliyi ilə seçilən ümumittifaq səviyyəli “Xarı bülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin 21 may tarixində Şuşanın əsrarəngiz Cıdır düzündə keçirilib.

Həmin dövrdə Mədəniyyət Nazirliyinin Elmi Mərkəzinin partkom və nazirliyin nəşriyyat şöbəsində baş redaktor (böyük redaktor) vəzifəsində çalışan və “Xarı bülbül” musiqi festivalının ssenari müəllifi olan tanınmış sənətşünas, mədəniyyətşünas, tədqiqatçı-jurnalist Binnət Hümbətoğlu 31 il bundan əvvəl birinci dəfə keçirilən “Xarı bülbül” musiqi festivalında baş verən, lakin indiyə qədər deyilməyən, yazılmayan bəzi gizlinlərə bizimlə söhbətində toxundu.  

- Binnət müəllim, “Xarı bülbül” musiqi festivalının musiqi mədəniyyəti tariximizdə xüsusi silinməz izi var. Bu festivalın keçirilməsində məqsəd nə idi? Bu festival əvvəlki illərdə də keçirilə bilərdi, amma məhz 1989-cu ildə keçirildi, bu təsadüf idi, yoxsa?

-  Xeyr, bu festivalın 1989-cu ildə keçirilməsi təsadüfi deyildi. Bunun səbəbləri vardı. Bilirsiniz ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə, tarixi ərazilərimizə sahib olmaq kimi çirkin niyyətlərini səsləndirməyə başladılar. Ermənilərin Şuşaya qarşı da əsassız iddiaları baş qaldırmağa başlamışdı. Məhz həmin dövrdə “Xarı bülbül” festivalının təsis edilməsi və onun keçirilməsinin Şuşaya salınması məsələsi gündəmə gəldi. Bu bir zərurət idi və biz o festivalı ermənilərin əsassız iddialarına cavab olaraq məhz Şuşada, Cıdır düzündə keçirdik, bununla bütün keçmiş ittifaq məkanına mesaj verdik ki, Qarabağ bizimdir, Şuşa bizim tarixi şəhərimizdir, Cıdır düzü babalarımızın yurdlarından biridir. Onu da deyim ki, “Xarı bülbül” musiqi festivalı III Ümumittifaq festivalı çərçivəsində Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqı Şurası və Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı ilə Qarabağda keçirilib. “Xarı bülbül” bir musiqi, muğam festivalı olmaqla yanaşı, həm də bir siyasi-ideoloji tədbir idi, amma bədii formada.

- Yəqin həmin gün Cıdır düzü bir başqa aləm idi... 

- Bəli, Cıdır düzü o gün qaynar bir həyatı əks etdirirdi - musiqi ilə çələnglənmiş həyatı. Şuşa şəhər mədəni-maarif müəssisələrinin musiqi kollektivləri, Qırğızıstan, Türkmənistan, Başqırdıstan respublikalarından, Volqaboyundan gələn muğam ifaçıları, Ağdam rayonunun incəsənət ustaları, Naxçıvanın, Ağcabədi, Cəlilabad, Qasım İsmayılov (indiki Goranboy), Şəki, Şamaxı, Cəbrayıl, Dəvəçi (indiki Şabran), Salyan rayonlarının, Bakı, Gəncə şəhərlərinin muğam və musiqi ifaçıları, Şuşa pəhləvanları, Ağdaş rayonun kəndirbazları bu ecazkar həyatı öz ifaları, təqdimatları ilə bəzəyirdilər...    

- Binnət müəllim, necə oldu ki, belə bir yüksək səviyyəli festivalın ssenari müəllifi kimi Sizi seçdilər?

- Bu festivalın keçirilməsi planlaşdırılanda respublikamızda olan bütün tanınmış xalq yazıçılarını və xalq şairlərini, alimləri ssenari yazmaq üçün Mədəniyyət Nazirliyinə çağırdılar. Mərkəzi Komitə bu işi Mədəniyyət Nazirliyinə həvalə etdiyindən, bu iş nazirlik tərəfindən həyata keçirilirdi. Ssenari yazmaq üçün nazirliyə çağırılan titullu şair və yazıçıların, alimlərin hamısı müxtəlif bəhanələrlə “Xarı bülbül” festivalına ssenari yazmaqdan imtina etdilər. Hətta onların arasında Azərbaycanın çox böyük, ünlü qələm adamları da vardı ki, onları hamımız tanıyırıq.

Bizim Elmira Əmrahqızı adlı bir gözəl jurnalistimiz vardı, onu sən də tanıyırsan. Onunla televiziyadan tanış idik, sonra onu nazirliyin ssenari şöbəsinə göndərdilər. Elmira xanım televiziya verilişlərinin ssenarisini yazmaq sahəsində peşəkar idi, amma meydan tamaşaları üçün ssenari yazmamışdı. Bir dəfə gördüm ki, bikef oturub, səbəbini soruşdum. Dedi ki, mənə bir tədbirin ssenarisini yazmaq tapşırıblar, amma bilmirəm süjeti necə qurum. Ona dəstək göstərdim, gözəl də qələmi vardı və o ssenarini hazırladı. Böyük şair və yazıçılar, alimlər festivalın ssenarisini yazmaqdan imtina etdikdən sonra nazirlik bu işi ona həvalə etmək istəyib, Elmira xanım da deyib ki, siz niyə bu işi Binnət müəllimə həvalə etmirsiniz, Azərbaycanda 3-4 nəfər meydan tamaşalarının, kütləvi bayram tamaşalarının ssenarisini yazmağı bacaran adamlardan biri odur. Bundan sonra “Xarı bülbül” musiqi festivalının ssenarisini yazmaq mənə həvalə edildi, beləliklə, ilk “Xarı bülbül” festivalının ssenarisini mən yazdım. Bu ssenarini yazmaq üçün məni Şuşaya yaradıcılıq ezamiyyətinə göndərmək istədilər, getməkdən imtina etdim, dedim ki, mən uzun müddət Şuşada yaşamışam və Şuşanın hər qarışına bələdəm, ona görə də ssenarini Bakıda yazacağam. Mən Şuşada pedaqoji təhsil almışam, 4 il orada yaşamışam, ona görə də bu şəhərin hər qarışına bələdəm. Mayın əvvəllərində Qarabağa getdik və mayın 21-də “Xarı bülbül” musiqi festivalı keçirildi.

- Bəs orada hansı hadisələr baş verib ki, ondan geniş ictimaiyyət məlumatsızdır?

- Mənim orada bəzi incikliklərim oldu. Mənim orada ən böyük incikliyim Azərbaycan Televiziyasından oldu, çünki onlar müxtəlif bəhanələr gətirərək bu tarixi hadisəni lentə almadılar. Söz yox ki, o vaxt bizim nazirliyin özünün video çəkmək imkanı vardı. Biz o tədbirin videosunu çəkdik. 

- Bəs Azərbaycan Televiziyası niyə “Xarı bülbül”ü çəkməkdən imtina etdi, səbəb nə idi?

- Bu televiziyanın o vaxt festivalı çəkməyə göndərilən çəkiliş qrupu Şuşaya gəlib və çəkilişi aparmaq üçün Şuşanın raykom katibi Mikayıl Gözəlovdan pul istəyiblər.

- Deyəsən, Mikayıl Gözəlov kabinetində güllələnmişdi...

- Bəli. Bilirsiniz, necə gözəl insan idi, Allah rəhmət eləsin. AzTV-nin işçiləri ona deyiblər ki, bizi ermənilər daşa tuturlar, birdən maşınlarımız xəsarət alar, sınar, onun təmirinə pul lazımdır, filan. Bunların hamısını açmaq lazımdır. Mikayıl müəllim məni çağırtdırıb dedi ki, bunlar sizin həmkarlarınızdır, gedin onlarla İsa bulağında çörək yeyin. Mən də dedim ki, işim çoxdur, gedə bilmərəm. Onlar gedəndən sonra mənə Mikayıl müəllim dedi ki, bunlar məndən pul istəyirlər ki, biz Şuşaya qalxsaq, ermənilər PTS-lərə daş atıb sındıracaqlar, onları təmir etməyə pul lazımdır. Sözün açığı, Mikayıl Gözəlov da Azərbaycan Televiziyasının “Xarı bülbül”ü çəkmək üçün ondan təmənna uman əməkdaşlarına pul verməmişdi, onlar da festivalı çəkməmişdilər. Amma gərək bu səhvi etməzdilər, onların PTS-ləri, maşınları zərər çəksəydi, mütləq onlar təmir ediləcəkdi.

Bilirsiniz, o vaxt ermənilərin qadınları, qızları, uşaqları yollara çıxır, bizi söyə-söyə bizim maşınları daşa tuturdular, insanlara, maşınlara xəsarət yetirirdilər. Bizi, əslində, ermənilərin yanından ruslar keçirirdilər, amma rusların iştirakı olmadan keçəndə bizi daşlayırdılar. Ümumiyyətlə, vəhşilik ermənilərin uşağının da, qocasının da, qadınının da, qızının da mayasında, xarakterində var. Erməni hər yerdə ermənidir, harada güclüdürlərsə, orada vəhşiliklər törədirlər, harada zəifdirlərsə, orada yaltaqlanırlar. Bu toplumun xarakteri budur.

- Ermənilər “Xarı bülbül” festivalının keçirilməsinə mane olmaq istəyirdilər?

- Bəli. Bu festival onları çox narahat edirdi. Hətta yadımdadır ki, ermənilər yığışıb festivala Topxanadan baxırdılar. Topxana Cıdır düzü ilə üzbəüzdür.

- Başqa hansı yaddaqalan məqamlar olub ki, onlar sizi bu gün də ağrıdır, narahat edir?

- Birincisi, məni indiyə qədər də yandırıb göynədən, incidən o oldu ki, Azərbaycan Televiziyası Şuşada Cıdır düzündə keçirilən “Xarı bülbül” festivalını çəkmədi, o tarixi anları əbədiləşdirmədi. Onlar Şuşaya çəkiliş maşınlarını çıxarmadılar. Bu məni hələ də incidir. Digər tərəfdən də məni indiyə qədər incidən keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun münasibəti oldu. Gəlib tədbirdə iştirak edib, yeyib-içib geri qayıtdı. Bir dəfə də olsun “Xarı bülbül”ü ərsəyə gətirən kollektivi yığıb təşəkkür etmədi. Halbuki, rəhmətlik Zakir Bağırov mədəniyyət naziri olduğu dövrdə miqyasından asılı olmayaraq, istənilən tədbirdən sonra kollektivi yığardı, pul olanda pul mükafatı verib təşəkkür edərdi, pul olmayanda da üzrxahlıq edərdi ki, bu dəfə maddi imkan yoxdur, hamınıza ürək dolusu təşəkkür edirəm. Hamı da fədai idi, bir təşəkkürə mədəniyyətə can qoyurdu.

- Amma hər yerdə “Xarı bülbül” festivalının təşəbbüskarı kimi Polad Bülbüloğlunun adı çəkilir...

- Qətiyyən belə deyil. Sadəcə, “Xarı bülbül” festivalı onun nazir olduğu dövrdə keçirilib.  

- Səhv etmirəmsə, sonrakı illərdə bu festival davam edib...

- 90-cı illərdə deyəsən keçirildi, amma mən Polad Bülbüloğlunun münasibətindən sonra oradan çıxdım və sonrakı proseslərdən xəbərim olmadı. Səhv etmirəmsə, indi də keçirirlər. İndi televiziyalarda bizim festivaldan çəkdiyimiz videodan parçalar verirlər, onun da keyfiyyəti elə də yüksək deyil.

“Xarı bülbül” festivalını Ağdamın Abdal Gülablı kəndindən başladıq, Şuşada böyük tədbirimizi, yekun konserti isə Ağdamda keçirdik. Şuşada festivalda iştirak edənlərin hamısı gəlib Ağdamda toplandılar və orada konsert verdilər. Əsas tədbir isə Şuşada keçirildi. Bu tədbirdə bizim meydan tamaşası estetikasının bütün elementləri ifadə edilib. Cıdır vardı, pəhləvanların, kəndirbazların iştirakı ilə səhnələr qurulmuşdu, qurban kəsilmə mərasimi əks olunmuşdu, 7 əsas muğamımızla bağlı 7 hücrə qurulmuşdu. Bu hücrələrin içində muğam, musiqiçi dəstələri oturmuşdu.

- Binnət müəllim, artıq Şuşa işğaldan azad edilib. “Xarı bülbül” festivalının yenidən Şuşada - Cıdır düzündə keçirilməsi ənənəsinin bərpasına necə baxırsınız?

- Şuşanın işğaldan azad edilməsi məni sanki qırx arşın quyunun dibindən çıxarıb göyə qaldırdı. Şuşada böyük qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə öz təşəkkürümü bildirirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əlbəttə, bütün bunlar Ali Baş Komandanımız cənab  İlham Əliyevin böyük sərkərdəlik hünəri nəticəsində baş verib. Mən Ali Baş Komandanımıza Sultanım, Şahım, Xaqanım deyirəm. Mən Prezidentimizə Allahın bizə bəxş etdiyi Azadlıq Elçisi kimi baxıram.

Prezidentimiz dedi ki, Şuşanı dirçəldəcəyik, orada hər şeyi yüksək səviyyədə bərpa edəcəyik. Şuşanın dirçəlişi başa çatdıqdan sonra biz bu yüksəlişin Şuşada bayramını keçirəcəyik. Arzulayıram ki, biz həmin bayramı beynəlxalq “Xarı bülbül” muğam festivalı ilə Şuşada - Cıdır düzündə keçirək. Ümid edirəm ki, biz növbəti il Şuşada beynəlxalq “Xarı bülbül” muğam festivalını keçirəcəyik. Çünki bu bizə hava-su qədər lazımdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ