Cümə axşamı günü, 08 oktyabr 2026
     

Arxeoloqlarımızın erməni təxribatına etirazı - Tovuzun “Göytəpə” abidəsi ilə bağlı Prezidentə dəstək…

Image


“Cəbhə boyu ərazilərdə arxeoloji tədqiqatların davam etdirilməsi dünyaya, ilk növbədə dövlətimizin bədxahlarına xalqımızın yüksək mədəniyyətini və bu dramatik dövrdə sarsılmaz əzmini nümayiş etdirəcək”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Tovuz bölgəsində  “Göytəpə” arxeoloji abidəsinin tədqiqatçısı  Fərhad Quliyev “Bakı-Xəbər”ə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin həyata keçirdiyi təxribata cavab olaraq arxeoloqlarımızın da öz səngərində mübarizəyə hazır olduğunu bildirib.

Azərbaycanın tanınmış arxeoloqu Ali Baş Komandan Prezident İlham Əliyevin milli birliyə və vətənpərvərlik hisslərinə çağırışlarına cavab olaraq, AMEA-nın rəhbərliyinə müraciət edərək, arxeoloqlarımızın Qarabağ və düşmənlə həmsərhəd bölgələrdə tədqiqat işlərinə başlaması üçün xüsusi sərəncam verməsini xahiş edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə arxeoloqlarımızın öz fəaliyyətilə dəstək olduğunu deyən F.Quliyevin sözlərinə görə, Tovuzda, eləcə də Qarabağda arxeologi tədqiqatlar davam etdirilməlidir ki, düşmən bizim alimlərin, arxeoqların dövlətlə, Prezidentlə həmrəylik nümayiş etdirdiyini bir daha görsün. “Son günlərdə Tovuz bölgəsində işğalçı Ermənistanın törətdiyi təxribat təsadüfi xarakter daşımır. Bölgənin siyasi və iqtisadi baxımdan strateji əhəmiyyəti hamıya məlumdur. Bütün bu hadisələr zamanı tovuzlular xüsusi rəşadət göstərdilər. Düşmənin törətdiyi təxribat zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin milli birliyə və vətənpərvərlik hisslərinə çağırışlarına cavab olaraq ilk səfərbər olanlar sırasında tovuzluların yer alması, Ordumuza olan dəstəyi, torpağa bağlılığı bütün bu hadisələrdə həlledici təsirini göstərdi.

Tovuzlular hər bir azərbaycanlı kimi qədim tarixləri ilə fəxr edən və vətənə hədsiz bağlı insanlardır. Hadisələr başlayandan bəri Tovuz ziyalıları ilə çoxlu telefon danışıqlarımız oldu. Bəzi dostlarımız belə durumda tədqiqatlarımızın aparılmasının əhəmiyyətini vurğulayırdılar. Düşünürəm ki, doğru fikirdir. Cəbhə boyu ərazilərdə arxeoloji tədqiqatların davam etdirilməsi dünyaya, ilk növbədə dövlətimizin bədxahlarına xalqımızın yüksək mədəniyyətini və bu dramatik dövrdə sarsılmaz əzmini nümayiş etdirəcək.

Hazırda arxeoloqlarımızın öz döyüş səngərlərində, yəni abidələrimizin tədqiqatlarının önündə olması vaxtıdır. Bu baxımdan AMEA-nın prezidenti, Akademik Ramiz Mehdiyevə müraciət edərək, arxeoloqlarımızın Qarabağ və düşmənlə həmsərhəd bölgələrdə tədqiqat işlərinə başlaması üçün xüsusi sərəncam verməsini xahiş edirəm. Doğrudur, bu gün ölkəmizdə COVİD-19 koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq edilib. Bu gün biz bu yoluxucu xəstəlikdən qurtulmaq üçün karantin rejiminin qaydalarına riayət etməliyik və edirik də. Lakin bununla belə, indiki dövrdə tədqiqatçılarımız tərəfindən xalqımızın möhtəşəm keçmişini əks etdirən abidələrimizin öyrənilməsi gənc nəsillərə vətənpərvərlik və millətsevərlik hisslərinin təlqin edilməsində bir örnək ola bilər. Sərt karantin rejimi tətbiq edilməyən bölgələrimiz var. Bu baxımdan Tovuzda (Göytəpə), Şəmkirdə (Şəmkir orta əsrlər şəhər yeri), Goranboyda (kurqan tipli qəbir abidələri), Gədəbəydə, Daşkəsəndə, Qarabağ bölgəsində və xalqımızın qədimliyinə dəlalət edən abidələrin olduğu digər ərazilərimizdə arxeoloji tədqiqatların aparılması vacibdir. Şübhəsiz ki, tədqiqatların təşkilində mövcud şəraitə uyğun olaraq ekspedisiyaların tərkibinin az sayda olması və karantin rejiminin qaydalarına uyğun şəkildə riayət edilməsi əsas şərtlərdən biri olmalıdır”-deyə qeyd edən F.Quliyevin sözlərinə görə, Vətənimiz Azərbaycanın qədim tarixə sahib məskənlərindən olan Tovuz ərazisində bəşəriyyətin bütün tarixi mərhələlərini əks etdirən zəngin maddi-mədəniyyət abidələri mövcuddur. “Tovuzun relyef xüsusiyyətləri və təbii şəraiti, demək olar ki, tarixin bütün mərhələlərində ərazidə insanların rahat yaşaması və fəaliyyəti üçün əlverişli olub. Bu baxımdan Azərbaycanın və ümumən dünya sivilizasiya tarixində Tovuz önəmli yer tutur. “Tovuz” toponiminə gəldikdə, burada mütəxəssislərin müxtəlif yanaşmaları ilə üzləşirik. Tovuz toponiminin qədim Oğuz tayfa adı ilə bağlı olması əsas elmi fərziyyələrdəndir. Həmçinin, Tovuzun yer adları daha çox türk-oğuz mənşəli toponimlərindən ibarətdir. Relyef xüsusiyyətlərinə görə Kür çayının sağ sahilinin orta axarında Tovuz diyarının ən məhsuldar, əkinçilik üçün yararlı olan torpaqları yerləşir. Burada diqqəti cəlb edən məqamlardan biri odur ki, qədim dövrdə məhz bu ərazilərdə də ilk dəfə olaraq əcdadlarımız oturaq həyat tərzinə keçib, neolit (e.ə. VII-VI minilliklər) dövrünün ilk kəndlərini salıblar. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokio Universitetinin tədqiqatçıları ən qədim dövrdə Qafqaz ərazisində sosial-iqtisadi inkişafı şərtləndirən qədim istehsal təsərrüfatının mənşəyini və əsas xüsusiyyətlərini öyrənmək üçün Azərbaycanın erkən neolit dövrü yaşayış məskənlərində müştərək araşdırmalar aparılıb. 2008-ci ildən bəri Azərbaycanın qərbində, Kürün orta axarı boyunca Tovuzda aparılan arxeoloji qazıntılarla müəyyən olunub ki, əkinçiliyin ən qədim xüsusiyyətləri bu regionda 8 min il bundan öncə meydana çıxıb. Tovuz bölgəsində aparılan son araşdırmalar yerli əhalinin Anadolunun əhali qrupları ilə əlaqələri nəticəsində erkən əkinçilik mədəniyyətinin regionda yaranmasını göstərir.

Əcdadlarımızın - erkən əkinçi mədəniyyəti tayfalarının məskunlaşma, təsərrüfat və dini-ideoloji görüşlərinin öyrənilməsi üçün Göytəpə, Hacıələmxanlı, Menteş və Kiçiktəpə adlı arxeoloji abidələrdə qazıntılar həyata keçirilib. Beynəlxalq tərkibli ekspedisiyalar tərəfindən aparılan abidələrin arxeoloji tədqiqatlarından məlum oldu ki, Cənubi Qafqazda Göytəpə abidəsi neolit dövrü ilə bağlı ən geniş yaşayış məskənlərindən biri olduğu halda, Hacıələmxanlıtəpə Cənubi Qafqaz üzrə bugunədək öyrənilən ən qədim neolit dövrü yaşayış məskənidir. Menteş qədim yaşayış yeri isə regionda yeganə abidədir ki, məhz burada Neolit dövrünə aid qəbir abidəsi aşkar edilib. Stratiqrafik qazıntı üsulları və dünyanın məşhur elmi laboratoriyalarında aparılmış laborator araşdırmaları, 80-dən çox radiokarbon analizlər bu yaşayış məskənlərində ən erkən e.ə. 5950 və 5450-ci illərə təsadüf edən neolit dövrünün mədəni və iqtisadi inkişafı ilə bağlı xeyli sayda ətraflı məlumat ortaya çıxarıb”.

Tanınış arxeoloqun qeyd etdiyinə görə, əldə olunan nəticələr göstərir ki, sosial-iqtisadi inkişafı səciyyələndirən erkən əkinçilik mədəniyyətinin daşıyıcıları olmuş əcdadlarımız Tovuz bölgəsində 8 min il bundan öncə öz dövrü üçün əhəmiyyətli dərəcədə yüksək təsərrüfat sisteminə sahib

olub. “Göytəpə məskənindən əldə olunan dövrləşmə ilə bağlı məlumatlar isə həm memarlıq səviyyələrinin sayı, həm də radiokarbon tarixləri baxımından həddindən artıq çoxdur. Nəticədə, Göytəpə qədim yaşayış yeri Qafqazın e.ə. VI minilliyə aid yeganə etalon abidəsi olaraq qalmaqdadır. Beləliklə, Tovuz  regionda neolit dövrünün ilk kənd tipli yaşayış yerləri ilə zəngin və qədim tarixə malik olan bölgələrmizdəndir. Tovuzun ən qədim dövrünün ümumi araşdırmaları “Göytəpə neolit dövrü qədim yaşayış yerinin arxeoloji tədqiqi” mövzusu üzrə "Web of Science" və "Scopus" bazalarında indeksləşən impakt faktorlu jurnallarda dərc olunmuş məqalələrə son beş il ərzində ümumən 318 istinad edilib. Yüksək reytinqli beynəlxalq impakt-faktorlu jurnallarda Tovuz ərazisindəki digər mühüm arxeoloji abidələr olan Hacıələmxanlı, Menteş və Kiçiktəpə neolit məskənləri, son tunc dövrü Topdağdağan kurqan nekropolu barədə elmi məqalələr dərc olunub. Göytəpə arxeoloji kompleksinin öyrənilməsi ilə məşğul olan Azərbaycan Milli Elmlər Akademiyasının Tovuz arxeoloji ekspedisiyası bölgədə Azərbaycanın zəngin tarixi keçmişinin ictimaiyyətləşdirilməsi işinə xüsusi önəm verir. Artıq son illər Göytəpə Tovuza gələn yerli və xarici qonaqların ziyarətgahına çevrilib.

Abidənin elmi və ictimai əhəmiyyəti tarixi abidələrimizin təbliği işində və bölgə sakinlərinin maariflənməsində öz məxsusi rolunu oynayır. Göytəpə tipli abidələrimiz, Tovuz sakinlərinin qeyd etdiyi kimi, qədim əcdadlarımızın yurd yerləridir və onların qorunması, öyrənilməsi və tanıdılması yeni nəslin əsas vəzifələrindəndir. Arxeologiya elm sahəsi olaraq cəmiyyətin sosiallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə geniş tərkibli formatda çalışan Tovuz arxeoloji ekspedisiyası yerli və xarici mütəxəssislərdən ibarət olub. Bölgədə

yaşayan insanlarla tez-tez ekspedisiya üzvlərinin görüşü nəticəsində tovuzluların ilk mənbədən tarixi keçmişləri ilə bağlı əldə etdikləri informasiya Azərbaycançılıq ideyasının təbliğində, xalqımızın qədim tarixinin möhtəşəmliyinin dərkində öz rolunu oynayır” - deyə F.Quliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ