şənbə günü, 28 noyabr 2026
     

Bakı-2015-in möhtəşəm açılışı - Azərbaycan folklorunun, mədəniyyətinin təcəssümü...

Image


Böyük xalqların mədəniyyəti böyük olur. Xalqımız da bu sırada dayanır. Azərbaycan mədəniyyətinin qədimliyini, ululuğunu, bu ululuqdan doğan möhtəşəmliyi, təsiri, bitkinliyi, insanlara yaşatdığı qeyri-adi heyrəti dəfələrlə müşahidə etmişik. Tarixi mədəniyyətimizin mövcudluğu, yaşı elə bu torpağın özü qədər qədimdir, zəngindir, əzəmətlidir. Bu adi pafosla deyilən söz kimi qəbul edilməli deyil. Həqiqətdir. Həqiqət isə özündə çox böyük mətləbləri cəmləyib saxlayır.
Azərbaycan yalnız mədəniyyəti ilə deyil, yerüstü sərvətləri, abidələri, təbii qədim yaşayış məskənləri, kurqanları, əski çağlarda yaradılan möhtəşəm gözəllikləri, flora və faunası ilə gözəldir. Qədim və əzəmətli dövlətçilik ənənələrinə sahib olan ölkəmiz Şərqlə Qərbin birləşdiyi bir ərazidə yerləşir. O da məlumdur ki, tarixən ölkəmiz bütün mənalarda insanların diqqətini çəkib. Bu da aydındır ki, xalqımızı tarixən musiqisinə, ədəbiyyatına, xalçalarına, keçmiş ustaların hazırladığı sənətkarlıq nümunələrinə görə tanıyıblar. Ancaq bu gün ölkəmiz dünyada Bakı-2015 Birinci Avropa Oyunlarının uğurla başlandığı, davam etdiyi, bu Oyunların tarixdə ilk dəfə keçirildiyi dövlət kimi tanınır. Avropa Oyunları yalnız idman hadisəsi deyil, bu, Azərbaycan dövlətinin, xalqının malik olduğu qədim mədəniyyətinin, insanpərvərliyinin, qonaqpərvərliyinin canlı nümunəsinin təqdim edildiyi bir fürsətdir.
Simvolu ceyran və nar olan Bakı-2015 Birinci Avropa Oyunlarının iyunun 12-də keçirilən açılış mərasimində dünya tamaşaçıları böyük heyranlıqla Azərbaycanın cəlalına tamaşa etdi. Gizlin deyil ki, bizə həsəd aparanlar da az olmadı. Gördülər ki, biz yalnız yeraltı sərvətlərimizlə, daim inkişafda olan iqtisadiyyatımızla, şəhərimizin zəngin və qədim abidələri ilə varlı deyilik, həm də möhtəşəm mədəniyyətimizlə, tarixi kökümüzlə zənginik, varlıyıq.
Azərbaycan ev sahibi kimi qonaqların qarşısına əlidolu çıxdı. Azərbaycan etnoqrafları bildirir ki, Bakı-2015 Birinci Avropa Oyunlarının simvolunun nar və ceyran seçilməsi təsadüfi deyil, bu, xalqımızın qədim ənənələri, mənəviyyatı ilə bağlı məsələdir. Etnoqraflar bildirir ki, Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, ceyran və nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Alimlərə görə, bu cütlük Bakı-2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada Birinci Avropa Oyunlarının simvoluna çevriləcək.
Etnoqraflar bildirir ki, bütün dünyaya ceyran və narı təqdim etməklə bütövlükdə Azərbaycan ruhunu təqdim edirik. O da məlumdur ki, ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Etnoqraflar bildirir ki, ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar isə günəşi sevən, həyat eşqi və enerji ilə aşıb-daşan bir hissi ifadə edir.
Etnoqraflar onu da qeyd edir ki, Azərbaycan folklorunda, nağıl və bayatılarda, aşıq şeirində həm nar, həm də ceyran obrazı simvolik mənalarda işlənir. Nar əsasən bütövlüyün, xeyirsevərliyin, sirliliyin, nar dənələri sevinc kimi paylanmağın ifadəsi kimi göstərilir. Ceyran isə əsasən gözəlliyin, zərifliyin, incəliyin, sədaqətin simvolu kimi diqqəti çəkir. Xalq şeirində gözəllər ceyrana bənzədilir həmişə. Bu da xalqın öz qədim irsinə sadiqliyinin nişanəsidir. Bütün keyfiyyətləri ilə tarixə söykənən, xalqdan qaynaqlanan Azərbaycan mədəniyyəti Bakı-2015-in də əsas xətlərindən birinə çevrildi.
Bakı-2015-in açılışı qədimlərdən gələn muğam sədası ilə də yadda qaldı. Səhnədə göstərilən "Yallı" rəqsi isə tarixən birliyin, bərabərliyin, qardaşlığın, dostluğun simvolu kimi diqqəti çəkib. Bu da bəllidir ki, ulu əcdadlarımız Gəmiqaya, Qobustan kimi yerüstü təbii abidələrimizin üzərində "Yallı" rəqsi təsvir etməklə gələcək nəsillərə barış, sülh, qardaşlıq mesajları ötürüb. Etnoqraflar bildirir ki, "Yallı" rəqsinin səhnədə görünməsi Azərbaycan dövlətinin, xalqının qardaşlığa, dostluğa sadiqliyini bir daha təqdim edib. Şişirdilmiş 20 min "nar dənəsi"nin tamaşaçıların üzərinə dağılması isə insanlara sevgi bəxş edib. Etnoqraflar qeyd edir ki, bu "nar dənələri" sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.
Tədbiri izləyən sənətşünas, etnoqraf və folklorşünaslar bildirir ki, səhnədə təqdim edilən mənzərələr tamamilə Azərbaycan ruhunu özündə ifadə etməyə qadirdir. Qurulan səhnələri izləyənlər Xəzər dənizi sahilində qədim dövlətçilik irsinə və zəngin mədəniyyətə sahib olan bir dövləti və xalqı görə bildi.
Etnoqrafların bildirdiyinə görə, xalq artisti Alim Qasımovun uçan xalça üzərində səhnədə görünməsinin simvolik mənası dərindir. Onların bildirdiyinə görə, bu, ilahi musiqi olan muğamın Azərbaycan xalqının həyatında böyük yer tutmasını göstərir. Etnoqrafların fikrincə, Azərbaycan nağıllarında xalça, xüsusən də uçan xalça ilə əlaqədar çoxlu təsvir var. Onlar hesab edir ki, uçan xalçanın mənası xalçaçılığın Azərbaycan xalqının qədim sənət növü olduğunu göstərməklə yanaşı, həm də onun keçmişdən yazılan bir məktub olduğunu ifadə etməsidir. Uçan xalça həm də müasir Azərbaycanın inkişafına, irəliyə, sülhə və dostluğa sarı uzanan diləkləri kimi də anlaşıla bilər. Etnoqraflar bildirir ki, bu həm də muğamın, xalçanın Azərbaycan xalqına aid olduğunu ifadə edir. Səhnədə təsvir edilən çat-çat olan torpaq üzərində dolaşan qadının Azərbaycanın ilk sakinlərindən olduğunu deyən etnoqraflar bildirir ki, onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni bu yerlərdə əbədi həyatın simvolu kimi xarakterizə edilə bilər. Səhnədə insanın yaranışında əsas rol oynadığı bildirilən su, od, torpaq və yel ünsürünün də təcəssümü insanların xəyalını daha uzaqlara aparıb. 50 nağaraçalanın səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsinin ifa edilməsi bizi çox əski çağlara aparır. Bu lap qədimlərə bağlı məsələdir. Qobustan abidəsinin, qayalığının səhnədə təsviri öz qeyri-adiliyi ilə diqqəti çəkir. Etnoqraf və sənətşünaslar bildirir ki, Qobustan Azərbaycan xalqının əcdadlarının minillər boyu yaşadığı, formalaşdığı bir ərazidir. Kamil insan düşüncəsinin yaratdığı qayaüstü təsvirlər-sadə insan və heyvan fiqurları, rəqs səhnələri bu xalqın qədimliyinə işarədir.
Səhnəni bürüyən həzin, yanğılı balaban səsi, balabandan qopan Azərbaycan xalq mahnısı "Sarı gəlin" sədasını şərh edən folklorşünaslar bildirir ki, balaban xalqımızın ən qədim nəfəsli alətidir, "Sarı gəlin" də balaban qədər əskidir, qədimdir. Ulu əcdadlarımızın yaratdığı "Sarı gəlin" tarixən balabanda ifa edilib. O da məlumdur ki, uzun illərdir ermənilər həm balabana, həm də "Sarı gəlin"ə əl uzadır. Folklorşünaslar bildirir ki, hər ikisinin beynəlxalq aləmə təqdimatı yerində oldu. Fikrət Əmirovun "Min bir gecə" baletinin uvertürası ilə müşayiət olunan gecədə dünyanın yaranışı, gərdişi, Azərbaycan insanının milyon illərə sığmayan ruhu canlanıb. Səhnədə tamaşaçıların tez-tez müşahidə etdiyi qadın və kişi personajlarını şərh edən etnoqraflar bildirir ki, bu, Şərqdə, Azərbaycanda əsrlər uzunu vəhdət təşkil edən və bu gün də davam etdirilən kişi-qadın bərabərliyinə bir işarədir. Odlar diyarı Azərbaycanın səhnədə kiçik, lakin mənalı təcəssümünü şərh edən sənətşünaslar bildirir ki, Birinci Avropa Oyunlarının məşəlinin də oddan qaynaqlanmasını, eyni zamanda da səhnədə yanan lövhəni Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərə saymalıyıq. Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın açılış mərasimindəki çıxışında səsləndirdiyi aşağıda qeyd olunan fikirlər maraqla qarşılandı: "Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, İlk Avropa Oyunları Bakıda keçirilir". Bakı Olimpiya Stadionunun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı görünməsi haqda danışan alimlər qeyd edir ki, bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Bu mənzərəni izah edən tədqiqatçılar bildirir ki, əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun Buğanın belindəki təsviri qitənin rəmzidir.
Səhnədə Azərbaycan xalqının dahi şairi, mütəfəkkiri, dünya ədəbiyyatında özünə böyük yer tutan Nizami Gəncəvinin obrazının səhnədə təcəssümü haqda alimlər bildirir ki, şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiqurunun olması da tarazlığa, nizamlılığa bir çağırışdır. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Səhnədə gerçək bir Şərq aləminin canlanması doğrudan da təsirli oldu. Bu, Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının dünyaya layiqli təqdimatı kimi yadda qaldı. Stadionun mərkəzində havadan asılmış iri tərəzidəki qadın və kişi fiquru Leyli və Məcnunu rəmzləşdirib. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.
Etnoqraflar bildirir ki, gecədə ən təsirli məqamlardan biri kimi çoxlu sayda rəqqasənin ifası və ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazının yaranması olub.
Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində səhnədə canlandırılan hər bir hadisənin, görüntünün böyük mənası, geniş məzmunu, daşıdığı ideya olduğunu qeyd edən etnoqraflar qeyd edir ki, həm mərasimi stadionda canlı izləyənlər, həm də televiziya tamaşaçıları təqdim edilən bütün nümunələrdən zövq alıb və bunlar hamısı Azərbaycanın Şərqlə Qərbin, Avropa və Asiyanın ayrılmaz hissəsi olduğunu ifadə edib.
Odlar diyarında başlanan Birinci Avropa Oyunlarının açılış mərasimi uzaq-uzaq ellərdə də izləndi. Onlar burada gerçək Azərbaycanı gördü. Hesab edirik ki, Azərbaycanı olduğu və göründüyü kimi görmək, hiss etmək əcnəbi tamaşaçılar üçün çox xoşdur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ