şənbə günü, 28 noyabr 2026
     

15 iyun - ümummilli lider Heydər Əliyev tərəfindən xalqın və dövlətçiliyin xilas günü...

Image


Azərbaycan xalqı tarixdə bir neçə dəfə sınaq qarşısında qalıb və hər dəfə də Tanrı ona xilaskar göndərib. Xilaskarı olmayan xalqın tarixdə heç bir izi qala bilməz. Azərbaycan xalqının ümidinin, müstəqil dövlətimizin isə taleyi tükdən asılı qaldığı bir zamanda Allah xilaskarımızı göndərdi. Çoxlarımız o günü çox yaxşı xatırlayırıq. Bu əlamətdar tarix o dövrdə uşaq olanların da yaddaşından silinməyib. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İnsanların sabaha azacıq da olsa ümidi yox idi.
Bir tərəfdən ölkədəki xaos, qarışıqlıq, digər tərəfdən müharibə, başqa bir tərəfdən isə insanların çörəyə möhtac olması qarşımıza çox acı mənzərə açırdı. Xalqın keçirdiyi məşəqqətli günlər, çəkdiyi acılar artıq illərin o üzündə qalsa da, kədərli bir xatirə kimi unudulmayıb. O dövrdə çoxlarının yadındadır ki, el ağsaqqalları və ağbirçəkləri, ziyalılar, fikir adamları israrla bildirirdi ki, ümid Heydər Əliyevə qalıb, xalqı bu dərddən ancaq o qurtara bilər. Məlum olduğu kimi, xalqın təkid və tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ümummilli liderin gəlişi insanlara sevinc gətirdi, çillədən, ümidsizlikdən qurtardı xalq. O ağır günlərdə Heydər Əliyevin xalqa simsar olması, həyatını təhlükəyə ataraq dövlətin, millətin etibarlı dayağına çevrilməsi unudulmazdır.
Heydər Əliyevin yenidən öz xalqına rəhbərlik etmək üçün qayıdışı Azərbaycan xalqının Milli Qurtuluş Günü olaraq bayram kimi qeyd edilir. Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.
Tarixçilərin qeyd etdiyinə görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi vaxt ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdıq, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoymaq həddinə çatmışdı. İki il əvvəl müstəqillik qazanmasına baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni uçuruma sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı səhv və xaotik addımlar vəziyyəti daha da gərginləşdirirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü, itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazirin və parlamentin sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun tabeliyində olan qüvvələr Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru hərəkət edirdi. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda qorxuya düşən AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Tarixçilər yazır ki, iyunun 9-da Heydər Əliyev Bakıya gəldikdən sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşdü. Böyük dövlət xadimi Gəncədən qayıtdıqdan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Milli Qurtuluş Günü ilə bağlı öz fikirlərini yerli mətbuata bildirib. 15 iyunun Azərbaycan dövlətinin tarixində taleyüklü xüsusi gün olduğunu vurğulayan Cəbi Bəhramov bugünkü uğurlarımızın, nailiyyətlərimizin təməlində Heydər Əliyev siyasətinin dayandığını qədirbilənliklə yüksək dəyərləndirib: "15 iyun 1993-cü il tarixi Azərbaycan Respublikasının ən yeni tarixində müstəsna rolu olan bir gündür. Bu gün baş vermiş hadisə sonrakı dövrlər üçün əlbəttə ki, bir örnək olacaq. Söhbət nədən gedir. Əgər biz Azərbaycanın son 300 illik tarixinə nəzər salsaq, XVIII əsrin I yarısı, XIX əsrin I yarısı, XX əsrin I yarısı və nəhayət, XX əsrin sonu, XXI əsrin əvvəli - bu mərhələlər Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən dövrlərdir. O vaxtlar Pyotrun tapşırığı ilə İrana qarşı hərbi planlar hazırlanırdı. Çox qəribədir ki, bu mərhələdə bu çirkin işğalçı niyyəti həyata keçirmək üçün Qafqaz xalqlarının psixologiyası, onların mentaliteti və bir-birilə münasibəti öyrənilirdi. Amma Qafqaz xalqları içində bir-birinə xəyanət edən xalq tapılmırdı. Bu məsələdə isə Pyotr İran və Osmanlı torpaqları ərazisində yaşayan ermənilərdən istifadə etməyə qərar vermişdi. 1701-ci il iyun ayının 30-da Pyotr onların nümayəndələrini qəbul edir. Bu görüşdən 21 il sonra o, Azərbaycanın Xəzər sahillərinə ilk yürüşünü həyata keçirir. Lakin əvvəlcə ermənilər vasitəsilə bu ərazilər öyrənilir və alimlər adı altında kəşfiyyat xarakterli ekspedisiyalar göndərilir. Müxtəlif şəxsləri bura göndərərək əsas hərbi strateji əhəmiyyət kəsb edən yolları öyrənirlər. 1722-ci ildə Dərbəndə hücum edirlər. Dərbəndi 3 gün top atəşinə tutduqdan sonra ələ keçirirlər. Amma Pyotr burada bir həftə qala bilir. Çünki bu məsələdə 1711-ci ildə baş verən Azov yürüşü yadına düşür və ona çatdırırlar ki, əgər siz burada çox qalsanız, Qafqaz xalqları sizi əsir götürərək edam edəcəklər. Bununla da onlar geri qayıdırlar. Nə üçün mən bu hadisəni xatırlatdım? Çünki Pyotr bilərəkdən öz fərmanı ilə 1724-cü ilin oktyabrında ermənilərlə bağlı xüsusi fərman imzalayır. Yəni bu işlərdə bir xəyanətkar zümrə kimi onları götürür. Bütün bu hadisələrin 15 iyun gününə bilavasitə tarixi nöqteyi-nəzərdən aidiyyəti var. Ona görə o tarixdən başladım. Əgər XIX əsrin əvvəllərinə baxsanız, eyni vəziyyət təkrar olunur. 1801-ci ildən başlanan işğal, 1809-1813-cü illər I Rusiya-İran müharibəsi, 1826-1828-ci illər II Rusiya-İran müharibəsi və 1813-cü il oktyabrın 10-da imzalanan Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi tariximizin ağır dövrlərinin səhifələridir. Bu gün Ermənistan adlanan qondarma bir dövlətin yerləşdiyi ərazidə İrəvan xanlığı idi. Rus qoşunları dörd hərbi yürüşdən 30 ilə yaxın bir dövr ərzində çarpışmalardan sonra onu məğlub edə bilmişlər. Ümummilli liderimizin həyat yoldaşı Zərifə xanımın ana xətti İrəvan xanlığına gedir. Həmin müdafiəyə, yəni rus qoşunlarına qarşı müdafiəyə və xəyanətkar ermənilərə qarşı mübarizəyə onun ulu babaları Məhəmmədhəsən xan Qacar, İrəvan sərdarı Hüseynqulu xan Qacar, onun oğlu Həsən xan Qacar və nəvəsi Fətəli xan Qacarlar başçılıq ediblər".
Alim deyir ki, sonralar 1828-ci il mart ayının 21-də bütün azərbaycanlılar Novruz bayramını qeyd edən zaman insanlıq cildini itirmiş çar hökuməti həmin işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində qondarma erməni vilayəti yaratdı. Amma bu uzun çəkmir. 20 ildən sonra, 1849-cu ildə erməni vilayəti ləğv edilir və burada İrəvan quberniyası yaradılır. Kütləvi surətdə erməniləri bura köçürürlər. Əgər siz 1826-1830-cu illərin tarixinə nəzər salsanız, bütövlükdə Türkiyədən 85 min, İrandan isə 40 min erməni ailəsi köçürülüb. Hətta onları rus məmuru, rusların çox böyük hörmətlə yada saldıqları Qriboyedov özü təşkil edib. O, İrəvanın ələ keçirilməsinə xüsusi fikir verirdi. Paskeviçdən bunu xüsusi olaraq tələb edirdi: "XX əsrin əvvəllərində eyni proses davam edir. 1917-ci ildə Rusiyada çar-monarxiya sistemi devrildikdən sonra Rusiya imperiyası ərazisinə daxil olan digər ərazilər, məsələn, Finlandiya, Polşa, Baltikyanı ölkələr müstəqillik əldə etdilər. Amma bu, Cənubi Qafqaza, xüsusilə Azərbaycana şamil edilmir. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının çox böyük xidmətlərinin olmasına baxmayaraq, onların bağışlanmaz bir səhvi olub. Bu, İrəvan şəhərinin güzəştə gedilməsi idi. Kim məni qınayırsa, qınasın. Bu mənim subyektiv fikrimdir. Çünki faktlar çox ağırdır. 10 min kv. km-ə yaxın ərazi güzəştə gediləndən sonra dövlətçilik anlayışı olmayan bir zümrə üçün Qərb dövlətləri burada bir dövlət yaratdılar. Bundan sonra ermənilərin işğalı getdikcə artmağa başladı.
Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədilər. 1920-ci ildən başlayaraq iddialar daha da artdı və 1929-cu il fevral ayının 18-nə qədər Sovet Rusiyasının birbaşa təzyiqi ilə Azərbaycanın 19,8 min kvadratkilometr ərazisi zorla qoparılaraq ermənilərə verildi. Nə üçün biz 15 iyun tarixini qeyd edirik? Çünki Heydər Əliyev bu hadisələri çox dərinliyi ilə, nöqtəsinə qədər bilirdi. O, 1967-ci ildə, hətta ondan əvvəlki dövrlərdə də dövlətin təhlükəsizlik orqanlarında işləyərkən tarixçi alimlərlə mütəmadi görüşürdü. 1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə onun maraqlandığı sənədləri ona veriblər. Özü də dəfələrlə söhbətlərində tarixçi alimlərimizə "sizin 1918-ci il hadisələrinə, XI Qızıl Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə münasibətinizi bilmək istəyirəm" deyirdi. 1945-ci ildə, 1956-cı ildə, 1967-ci ildə, 1972-ci ildə, 1977-ci ildə, 1985-ci ildə olan tarixi hadisələr bir növ 15 iyuna gedən yollardır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi insanlar öz vəsaitlərini xərcləyib millətin çiçəklənməsi üçün sərf etdilər. Heydər Əliyevə gəldikdə isə o, sovet dövlətinin bütün imkanlarını maksimum dərəcədə Azərbaycan xalqının inkişafına yönəltmişdi. Müasir Azərbaycanda müxtəlif sahələrdə çalışan rəhbər işçilərin əksəriyyəti 70-80-ci illərdə SSRİ-nin ən yüksək təhsil ocaqlarında oxuyan tələbələrdir. Başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla. O tələbələr içərisində mən də varam. Akademik Ziya Bünyadov deyərdi ki, bir tarixi hadisəni tədqiq etmək üçün ən azı 10 il vaxt lazımdır".
1993-cü ilin 15 iyununun xalqımızın və dövlətçiliyimizin xilas günü olduğunu qeyd edən C.Bəhramov deyir ki, Azərbaycan xalqı müdrik xalq olmaqla bərabər həm də dünyanın ən qədim xalqlarından biridir: "Heydər Əliyev tərəfindən qurulan dövlətçilik mexanizmi dəqiq və səmərəli işləyir. Azərbaycanın iqtisadi cəhətdən, hərbi cəhətdən qüdrətlənməsi, beynəlxalq layihələrdə əsas aktor kimi, söz sahibi kimi, regional lider kimi iştirak etməsi təsadüfi deyil. Dövlətin qüdrəti varsa, potensialı varsa, düzgün idarə olunursa, şübhəsiz ki, o öz effektini verəcək. Elə buna görə də 15 iyun tarixinə baxanda Heydər Əliyevin xalq tərəfindən rəhbərliyə gəlməsi həyati zərurət idi. Son dövrlərdə Rusiya mətbuatında çap olunan çoxsaylı əsərlərin müəllifləri də belə bir faktı birmənalı şəkildə etiraf edirlər ki, əgər SSRİ-nin başında Heydər Əliyev kimi bir adam olsaydı, o dövlət yəqin ki, dağılmayacaqdı. Rusiya Federasiyasının Prezidenti V.Putin onun dəfn mərasimində belə bir ifadə işlətmişdi ki, Heydər Əliyev "Siyasi qayadır". Bu təsadüfi deyil. Çünki keçmiş tariximizə nəzər salsaq, Atropat kimi sərkərdəmiz İsgəndər kimi bir dünya hökmdarını özünə dost edib. Babək kimi bir sərkərdə ərəb xilafətini qarşısında diz çökdürdü. 13 yaşında olan Şah İsmayıl bir dövlətin əsasını qoyub. Bunlar Azərbaycan xalqının yetişdirdiyi dühalardır. Nəhayət, bu torpağın XX əsrin II yarısında belə bir şəxsi dünyaya bəxş etməsi də təsadüfi deyil. O, dünyaya xüsusi missiya ilə gəlmişdi və bu missiyanı şərəflə yerinə yetirib. Vaxtilə Şah İsmayıl Xətai deyib: "Mən sizə üç şeyi vəsiyyət edirəm. Birincisi, möhtəşəm Azərbaycan dilimizi, ikincisi, vətənim Azərbaycanı, bir də bu torpağı qorumaq üçün qeyrət deyilən anlayışı qoruyub yaşadın." Heydər Əliyev bunu bacardı. Azərbaycanı qorudu, xilas etdi. O, Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etdi. QURTULUŞ GÜNÜ mənim üçün vətənimin-Azərbaycanın xilası deməkdir".
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ