şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanda kitab nəşrinə dövlət qayğısı...

Image


(Əvvəli ötən sayımızda)
Keçən yazıda Azərbaycanda kitab, bədii qəzet və jurnalların tarixinə, nəşrinə, dövriyyəsinə nəzər saldıq. Bu dəfə isə son illərdə dövlətin bu sahədə gördüyü misilsiz işlərdən danışacağıq. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatına, dilinə, kitab nəşrinə dövlət dəstəyi Azərbaycan dövlətinin mədəniyyətin bütün sahələrinə diqqət və qayğısı, bu istiqamətlərin inkişafına verdiyi dəyər əvəzsizdir. Bilirik ki, dövlət tərəfindən ədəbiyyatın dayaqlarının möhkəmlənməsi üçün çox ciddi tədbirlər həyata keçirilib.
Dövlətin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinin nəticələri çox müsbətdir. Bu da faktdır ki, artıq bir neçə ildir respublikada kitab nəşri sahəsində ciddi irəliləyişlər var.
Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı böyük bir hadisədir. Bu nəşrlərin meydana gəlməsi Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə bir xidmətdir.
Qeyd edək ki, sözügedən sənəddə "Azərbaycanda latın qrafikalı əlifbaya keçilməsindən sonra ölkəmizdə uzun illər boyu nəşr olunmuş bədii, elmi, elmi-texniki və s. ədəbiyyat nümunələri latın qrafikalı əlifba ilə təhsil alan gənclər üçün əlçatmaz olub. Bu problemi aradan qaldırmaq məqsədilə Azərbaycan dövləti müvafiq addımların atılmasını zəruri hesab edib və bu sahədə bir sıra vacib işlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilib. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülüb" fikirləri vurğulanıb.
Ölkə başçısının müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə qərarına əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilib.
Bilirik ki, son illərə qədər Azərbaycan kitabxanalarında ciddi vəsait qıtlığı vardı, oxucular istədiyi ədəbiyyatı buradan çətin tapırdı. Amma Prezident sərəncamı ilə latın qrafikalı ədəbiyyatın çapı həyata keçirildikdən sonra kitabxanaların kitab təminatı yüksəlməyə başlayıb.
O da bədllidir ki, sənəddə "Azərbaycan kitabxanalarının latın qrafikalı ədəbiyyatla və elmin bütün sahələrini əhatə edən kitablarla təmin olunması elm və təhsilin fundamental bazası kimi bu proseslərdən kənarda qalmayıb. Ana dilimizin qorunması uğrunda həmişə mübarizə aparan, onun dövlət dilinə çevrilməsinə, zənginləşməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına çalışan ümummilli lider Heydər Əliyev çıxışlarında deyərdi ki, dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız vətənpərvərlik formulu yoxdur. Gənc nəsildən tələb edirdi ki, ana dilimizi təkcə sevməyin, həm də onu öyrənin. Bu sırada əlifbamızın latın qrafikası ilə əvəzlənməsi gündəmə gəldi. Çünki dil və əlifba təkcə anlaşmaq üçün ünsiyyət vasitəsi deyil, həmin xalqın dünyagörüşünün, düşüncə tərzinin, mənəvi varlığının ifadəsidir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsi xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı oldu" fikirləri öz əksini tapıb.
Kitab nəşrinin meydana gəlməsi əlifba ilə bağlıdır. Bu bilavasitə bağlılıq bəzən kitabları oxucular üçün əlçatmaz edib. Bu, əlifbanın müxtəlif dövrlərdə dəyişilməsi ilə bağlı olub. Azərbaycan xalqı tarixdə əlifba ilə bağlı bir neçə dəfə ağrı yaşayıb. O da məlumdur ki, Azərbaycan ilk dəfə rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçib. Ona qədər yazışmalarda ərəb qrafikalı əski əlifbadan istifadə olunurdu. Bir neçə il hər iki əlifbadan istifadə olunsa da, 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoyur. Bu hadisədən 5 il sonra Türkiyə Cumhuriyyəti də ərəb qrafikasından imtina edərək latın əlifbasını qəbul etdi. Stalin Türkiyənin bu addımını SSRİ-də yaşayan türkdilli xalqlara yaxınlaşmaq niyyəti kimi qiymətləndirdi və 1939-cu ildə kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman respublikalarına tətbiq etdi. İmperiyanın rəmzlərindən biri kimi kiril əlifbasından SSRİ-nin süqutuna qədər istifadə olundu. İmperiya dağıldıqdan sonra, digər sahələrdə olduğu kimi, əlifbamızda da islahatlar aparıldı. Bu gün isə latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızda tam yerini tutub. 18 iyun 2001-ci il tarixində ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Bununla da latın qrafikasına keçid rəsmən başa çatdı. Ümummilli lider Heydər Əliyev əlifbamızın da inkişafına qayğı göstərib. Dilimizin inkişafı və latın qrafikalı nəşrlərin kütləviləşməsi üçün müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarda ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrildi.
Məlumat üçün deyək ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini, təfəkkürünü əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilərək gənc nəslə çatdırılması ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab nəşr edilərək kitabxanalara göndərildi, oxucuların ixtiyarına verildi. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm addım atıldı. Sonrakı sərəncamlarda isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Dünya ədəbiyyatı tərcümələrinin yeni dövrünə nəzər salanda burada görülən işlərin müsbət cəhətlərini vurğulamaya bilmirik. Dövlətin bu sahəyə ayırdığı maliyyə vəsaiti, göstərdiyi qayğı təqdirəlayiqdir. Dövlət öz işini görür, amma bəzən mütəxəssislər, bu işə məsul olan ədəbiyyat adamları, alimlər məsuliyyətsizliyə yol verir. Son dövrlərin araşdırmalarından məlum olur ki, bəzi alimlər sovet illərində nəşr edilən xarici ədəbiyyat nümunələrini redaktə etmədən çapa təqdim edib. Amma bununla belə, ortada kifayət qədər uğurlu işlər də var.
Bu da aydındır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı hər il dövlət hesabına latın qrafikasında çap olunması vacib hesab edilən ictimai əhəmiyyətli kitabların siyahısı müəyyənləşdirilir və dərc edilir. Sənəddə də əks olunurdu ki, dünya ədəbiyyatından tərcümə olunan nümunələr arasında klassik, müasir, Nobel mükafatçıları olan müəlliflərlə yanaşı, dünya antologiyasından toplular da nəzərdə tutulub. Toplunun çapa hazırlanmasında elmi-yaradıcı işlərin görülməsi, əsərlərin tərcüməsi də nəzərdə tutulub (bilirik ki, artıq proses başa çatmaq üzrədir, sərəncama uyğun olaraq çox böyük işlər görülüb, əsərlər çap edilib-İ.S). Lakin burada problemlər tamamilə aradan qaldırılmayıb. Uşaq ədəbiyyatının nəşri ilə bağlı mütəxəssislər bildirir ki, uşaq ədəbiyyatı kiçik yaşlıların dünyagörüşünün, tərbiyəsinin formalaşması üçün nəzərdə tutulur. Lakin son zamanlar nəşr olunan kitablarda bunlar nəzərdən qaçırılıb. Valideynlərin əlini ciblərinə salması üçün ən gözəl fürsət uşaqlarla bağlıdır, nəşriyyatlar yalnız bunu unutmayıblar. Onların fikrincə, ədəbiyyatımızın ən kölgədə qalan sahəsi uşaq bölməsidir, bu bölməyə daim diqqət olmalıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncamdır. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Dövlət başçısı milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çatdıraraq deyib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Onu da bildirək ki, kitabxanaçılar latın qrafikalı nəşrlərlə təmin olunmalarından danışarkən klassik ədəbiyyat nümunələrində heç bir problemin qalmadığını bildirir. Elmin və mədəniyyətin digər sahələrindən bəhs edən nəşrlər isə tədricən həyata keçirilir. Onlar etiraf edirlər ki, nəşrlərin yenidən latın əlifbasına çevrilib külliyyatla nəşr edilməsi və kitabxanalara paylanması asan iş deyil. Dövlət bu işin görülməsinə külli miqdarda vəsait ayırdı və nəzarətdə saxladı. Ona görə də çox keçmədən kitabxanalar latın qrafikalı kitablarla zənginləşdi. Demək olar ki, oxucular kitabxanadan əliboş qayıtmır.
Bu kitab nəşri sahəsində kifayət qədər uğurlarımız var. Dövlət qayğısı sayəsində nəşriyyat və mətbəələr ayağa durmağa başlayıb, şəhərimizin ən müxtəlif yerlərində, böyük şəhərlərdə kitab mağazaları fəaliyyət göstərir. Bu da faktdır ki, artıq bir qisim yazarlar çap olunan kitablarına görə qonorar alır. Bu gün bu sahədə irəliləyiş mövcuddur. Azərbaycan kitab bazarında istənilən müəllifin kitabını tapmaq mümkündür. Azərbaycan şairinin, yazıçısının, aliminin kitabı artıq beynəlxalq kitab sərgilərində nümayiş olunur. Əlbəttə, bu işə Azərbaycan dövlətinin həyata keçirdiyi qayğı siyasəti stimul verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ