şənbə günü, 28 noyabr 2026
     

Sovet dövrü Azərbaycan kinosu, yaxud müstəqilliyə doğru...

Image



(Əvvəli ötən sayımızda)

Azərbaycanda kino sənayesinin inkişafı böyük bir mədəniyyətin respublikamızda bərqərar olmasına şərait yaratdı. Azərbaycan kino tarixi mədəniyyətimizin ayrılmaz qolu kimi bir əsrdən artıqdır mövcuddur. Milli kino tarixi səhifəsini vərəqlədikcə qarşımıza müxtəlif məzmunlu, ayrı-ayrı ideyalara xidmət edən filmlər çıxır. Əlbəttə, kinonun inkişafına təkan verən amillərdən biri Bakının zəngin mədəniyyət mərkəzi olması və dünyanın bura böyük maraq göstərməsi idi.

Azərbaycan kinosunda yaşanan ağrılar...

Uzun illər böyük templə inkişaf edən Azərbaycan kinosu birdən-birə özünün eniş dövrünü yaşamağa məhkum edilir.
Tədqiqatçılar qeyd edir ki, SSRİ süqut edəndən sonra dövlətin vahid kinematoqrafik monopoliyası da ölkə kimi dağılır. İttifaq respublikaları, o cümlədən Azərbaycan müstəqillik əldə etdi. Dövlət müstəqilliyimiz bizə çox şey yaşadıb, azadlığa, hürriyyətə qovuşduq. Xalq olaraq özümüzə qayıtdıq. Hər bir xalqın müstəqilliyi onun ən böyük sərvəti, var-dövlətidir.
Tədqiqatçılar yazır ki, 90-cı illərin keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı şəraitində çətin vəziyyətə düşdü. Buna baxmayaraq, kinematoqraflarımız vəziyyətdən çıxış yolları arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. «Qətl günü», «Qətldən yeddi gün sonra», «Nakəs», «Pəncərə», «Təhminə», «Yuxu», «Yük», «Dağıdılmış körpü»,»Ailə», «Vahimə», «Təsadüfi görüş», «Sarı gəlin», «Nə gözəldir bu dünya» müstəqillik dövrünün uğurlu filmlərindəndir.

Uşaq filmlərimiz...

Tədqiqatçılar yazır ki, Azərbaycan kinosunda müxtəlif illərdə uşaqlar haqqında və uşaqlar üçün filmlər yaradılıb. Bunların arasında «Bir qalanın sirri», «Sehrli xalat», «Qərib cinlər diyarında», «Gilas ağacı», «Skripkanın sərgüzəşti», «Şir evdən getdi», «Mən mahnı qoşuram», «Asif, Vasif, Ağasif», «Gəmi saatının sirri», «Pəncərə» və s. filmlərin adlarını qeyd etmək olar.
Kino tarixçilərinin qeyd etdiyinə görə, ölkəmizdə kinematoqrafiya yarandığı gündən sənədli kinofilmlər istehsal olunub. Bütün dövrlərdə bu iş ara vermədən davam etdirilib, kino sənətimizin bu sahəsində də müəyyən uğurlar qazanılıb. 50-60-cı illərdə çəkilən «Mingəçevir», «Arazın sahillərində», «Kür», «Sabir», «Bu, Qum adasında olmuşdur», «Hanı mənim övladlarımğ», «M.F.Axundov», «Məhəmməd Füzuli», «Balıqçılar», «Qobustan», «Bu, həqiqətin səsidir», «Bəstəkar Qara Qarayev», «Azıx mağaraları», «Şirvanşahlar Sarayı», 70-80-ci illərin kino məhsulları olan «İçərişəhər», «O geri çəkilməlidir», «Bizim 416», «General Aslanov», «Son söz», «Səfillər», «Kreslo», «Meydan», «Ata», «Dissonans», «Ölü zona», «Ağ-qara dünya», «Naməlum torpaq», «Qaçqınlar», «Vətən mənə oğul desə», «Əsrin kontraktı» və s. filmlər bu qəbildəndir.

Uşaq könlünə açar olan cizgi filmləri...

Tədqiqatçılar yazır ki, 1968-ci ildə kinostudiyada cizgi filmləri sexi bərpa olunandan sonra burada «Cırtdan», «Fitnə», «Çaqqal oğlu çaqqal», «Bulud niyə ağlayırğ», «Dınqıl sazım, dınqıl», «Şah və xidmətçi», «Meşəyə insan gəlir», «Toral və Zəri», «Akvarium», «Gəldi Kosa», «İthaf», «Söhbətül-əsmar» - ümumiyyətlə, 100-dən artıq cizgi filmi çəkilib.

Mükafatlar, ödüllər-uğurlar...

Tədqiqatçılar qeyd edir ki, filmlərimiz müxtəlif illərdə bir çox beynəlxalq və ümumittifaq kinofestivallarda mükafatlara layiq görülüb. Onların arasında «Sovet Azərbaycanı», «Dənizi fəth edənlər». «Dissonans», «Sərhəd» və s. sənədli, «Nəsimi», «Yaramaz», «Yarasa», «Hər şey yaxşılığa doğru», «Sarı gəlin», «İstintaq», «Ad günü», «Çalışqan adam» bədii filmləri var. Kinodramaturq, həmyerlimiz R.İbrahimbəyov «Günəşdən usanmışlar» (Rusiya) bədii filminə görə Amerika Kino Akademiyasının «Oskar» mükafatına layiq görülüb. 1988-ci ildə «Azərbaycanfilm»in nəzdində xronikal-sənədli filmlər birliyinin bazasında yaradıcılıq birliyi kimi 3 studiya -»Salnamə», «Yaddaş» və «Rakurs» təşkil olundu. 1993-cü ildən bunlardan ikisi - «Salnamə» və «Yaddaş» Dövlət Sənədli Filmlər Studiyası statusu ilə fəaliyyətini davam etdirir. 1987-ci ildə təşkil olunan «Debüt» eksperimental - gənclik yaradıcılıq studiyasında qısametrajlı bədii və sənədli filmlər çəkilir, burada gənclər öz bacarıqlarını sınaqdan çıxarmaq imkanı əldə edə bilirlər. «Debüt» bir müddət fəaliyyətini dayandırsa da, Azərbaycan dövlətinin dəstəyi ilə bir neçə il əvvəl yenidən bərpa edilib. 1990-cı ildə yaradılan «Azanfilm» studiyasında cizgi filmləri istehsal olunur.

«Mozalan» - kinomuzun satirik lövhəsi...

Tədqiqatçıların verdiyi məlumata görə, 1970-ci ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası nəzdində yaradılmış «Mozalan» satirik kinojurnalının ilk nömrəsi 1971-ci ildə işıq üzü görüb. 1980-ci ildən kinostudiyanın tərkibindən ayrılıb, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin orqanına-»Mozalan» respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilib. Kinojurnalın əvvəllər 8, son illərdə 4, hazırda isə 1 nömrəsi ekrana çıxarılır.
C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında 1990-cı ilə qədər ildə təqribən 7 bədii film, 20-dən artıq sənədli və elmi-kütləvi film istehsal olunub. Tədqiqatçılar qeyd edir ki, respublikada 2000-dən artıq kinoqurğu (1985) olub (bu gün Azərbaycan dövlətinin dəstəyi ilə «Azərbaycanfilm» Kinostudiyası əsaslı şəkildə bərpa edilib, maddi-texniki bazası möhkəmləndirilib, bütün zəruri tədbirlər görülüb-İ.S). O da qeyd edilir ki, 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilib.
Tədqiqatçıların bildirdiyinə görə, 1994-cü ildə Azərbaycan Dövlət Film Fondu yaradılıb ( Hazırda Film Fondunun ayrıca binası var və qurum burada fəaliyyət göstərir-İ.S). Fondda 2000-ə qədər adda Azərbaycan və xarici ölkə studiyalarında istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin surətləri, bundan başqa, filmlərin ilkin materialları qorunub saxlanır. Tədqiqatçılar yazır ki, burada həmçinin filmlər, onların yaradıcıları haqqında müxtəlif sənədlər də var. Filmfond FİAF-ın - Beynəlxalq Kinoarxivlər Federasiyasının üzvüdür. Bu, filmfonda dünyanın filmotekaları ilə sıx əlaqə saxlamağa imkan verir. Azərbaycan Dövlət Filmfondu nəzdində Kino muzeyi fəaliyyət göstərir.

Azərbaycan televiziya filmləri...

Tədqiqatçılar bildirir ki, Azərbaycan televiziyasında çoxlu sənədli, cizgi və bədii televiziya filmi yaradılıb. 1958-ci ildə «Səməd Vurğun» ilk sənədli, 1960-cı ildə «Aygün» ilk bədii, 1965-ci ildə «Danışan işıqlar» ilk cizgi filmləri istehsal edilib. 1968-ci ildə «Ekran» Yaradıcılıq Birliyi təşkil olunub. 1973-cü ildən «Azərbaycantelefilm» YB adlanır. Bu illərdə Birlikdə «İnsan Xəzəri xilas edir», «Bu, Səttar Bəhlulzadədir», «Xuraman», «Bakı. Müharibə illəri», «Göylər sonsuz bir dənizdir», «Tənha ruh», «Deportasiya», «Vulkanla üz-üzə»’. «Arşın mal alan»-55 və s. sənədli, elmi-kütləvi filmlər «Zəncirlənmiş adam», «Poçt qutusu», «Bəşir Səfəroğlu», «Aktrisanın təbəssümü», «Bayramda yağış», «Başmaq» və s. bədii, «İlham», «Göyçək Fatma», «Ustalar-qızıl əllər», «Möcüzələr adası», «Sağ ol, dostum» və s. cizgi televiziya filmləri çəkilib. Kinoşünasların verdiyi məlumata görə, SSRİ dağılandan sonra bazar iqtisadiyyatı şəraitində yaşayan Azərbaycanda 25-dən artıq müstəqil kinostudiya və kino şirkəti, dövlət kino sistemində bir neçə studiya fəaliyyətə başladı.
Bu studiya «Lətifə», «Gecə qatarında qətl», «Girişmə, öldürər», «Bəxt üzüyü», «Sonuncu məhəbbət», «Etiraf», «Kənar adamlar», «Müqəddəs torpaq», «O dünyadan salam», «Qırmızı qatar», «Köpək», «Son döyüş» və s. bədii filmlər istehsal olunub. Hazırda kommersiya müstəqil studiyaların bir çoxu maliyyə çatışmazlığı ucbatından öz fəaliyyətini dayandırıb.

Kino işçilərinin vətəndaş mövqeyi...

Tədqiqatçılar yazır ki, Azərbaycan kinematoqrafları vətəndaşlıq mövqeyindən çıxış edərək ermənilərin Qarabağa təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən «Hücum», «Tələ», «Fəryad», «Haray», «Ağ atlı oğlan», «Ümid», «Qarabağ şikəstəsi», «Hər şey yaxşılığa doğru», «Sarı gəlin», «Ailə» bədii filmlərini yaradıb, özlərinin vətənpərvərlik borcuna sadiq qalaraq ön cəbhədən çoxlu kinomateriallar çəkib gətirib, bu mövzuda «Qarabağ düyünü», «Vətən mənə oğul desə», «Naməlum torpaq», «Ulu diyarın harayı», «Qaçqınlar», «Qədirin sorağında» sənədli, «Ana», «Xocalı-əsrin faciəsi», «Həsrət», «Ruhum dağlar aşarsa...», «Qan yaddaşı», «Elan olunmamış müharibə», «Azadlıq ordusu», «Sərkərdə» və s. sənədli videofilmlər çəkmişlər. Bu gün Azərbaycan kinosu ölkənin bir formasiyadan digər formasiyaya keçid dövrünü yaşasa da, o artıq bazar iqtisadiyyatı şəraitində fəaliyyətini davam etdirir, azad bazara daxil olur.
Tədqiqatçılar yazır ki, kinomuz bu yolu mütləq keçməlidir, çünki kino işçilərimizin yeni nəsli özəl kino istehsalı şəbəkəsini daha da genişləndirəcək, yeni şəraitə uyğunlaşıb dünya kinosunun tərkib hissəsi kimi Azərbaycan kinematoqrafiyasını inkişaf etdirəcək, xalqımıza layiq sənət əsərləri yaradacaq.
Bu, Azərbaycan kinosunun son 15-20 ilə qədər olan dövrünü əhatə edən yazıdır. Mövzunu isə son illərdə yaradılan kino silsiləsi, eləcə də kinonun inkişafı naminə atılan addımlarla, dövlət tərəfindən qəbul edilən sənədlərin şərhi ilə davam etdirəcəyik.
Ardı var
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.


azeri-kino



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ