şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarından dünyaya Azərbaycan mesajları...
Tarix: 26.05.2015 / 03:17
Bölmə: Layihə
Azərbaycan bütün dünya üçün açıq bir ölkədir. Mədəniyyətlərarası şəffaf əlaqələri, dövlətləri birləşdirən sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarlarından biri dövlətimizdir. Dövlətimiz sülh, əminamanlıq, mədəniyyətlərin öz kökünü saxlamaqla başqa mədəniyyətlərlə təmas qurmasına çalışır və bu sahədə də böyük işlər görür.
Məlum olduğu kimi, müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biri kimi gündəmdədir. Bu gün bəşəriyyətdə cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onlar arasında vahid münasibətlər sisteminin formalaşması vacibdir, bunun açarı isə mədəniyyətdir. Mədəniyyət vasitəsilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaq və ayaqda saxlamaq olar.
2011-ci ildə ilk dəfə keçirilən, sonra isə ənənəvi xarakter alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin qovuşuğudur. Bu forumlarda ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, görkəmli insanlar, mədəniyyət, din xadimləri iştirak edib.
Bilirik ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilib. Onu da qeyd edək ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti çox böyükdür. Bu tədbirlərdə Azərbaycan dünyaya təqdim edilir, mədəniyyətimizin bəşəriyyətə verdiyi incilər haqqında danışılır. Dünyada baş alıb gedən bir çox mədəni, mənəvi, iqtisadi, elmi problemlər bu forumların əsas mövzusuna çevrilir.
Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 27 may tarixli Fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə Azərbaycanda keçirilir. Bəlli olduğu kimi, 2012-ci ilin 25 dekabr tarixində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə II Dünya Forumunun 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Qeyd edək ki, ölkəmizdə artıq üçüncü dəfə keçirilən forum haqqında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də fikirlərini bildirib. Onun sözlərinə görə, bu forumun böyük əhəmiyyəti var: "... Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır".
Onu da bildirək ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mütəmadi olaraq ölkə başçısı iştirak edir. Tolerantlıq nümunəsi olan ölkəmizdə heç bir dini, milli, irqi ayrıseçkiliyin olmadığını hər kəs bilir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun şüarı "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" olub. Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın bütün dövrlərdə tolerantlıq məkanı olduğunu, bu amilin müstəqillik illərində daha da gücləndiyini bildirib: "Azərbaycanda milli və dini ənənələr güclüdür". Ölkə başçısının bu açıqlaması bütün dünya üçün bir nümunədir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmiz həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatına üzvdür və bu qurumlarda fəal iş aparır. Dövlət başçısı həmçinin qeyd edib ki, dünyada Azərbaycanın irəli sürdüyü təşəbbüslər yüksək qarşılanır və regionlararası əməkdaşlıq üçün yaxşı imkan yaradır.
Xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu hər zaman ölkə başçısı önə çəkir. Bu baxımdan regional əməkdaşlıq məsələlərində Azərbaycanın müsbət təcrübəsinin digər ölkələr üçün də maraqlı ola biləcəyini vurğulayan İlham Əliyev forumun əhəmiyyətinin böyük olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, indi multikulturalizmin genişlənməsi xüsusi əhəmiyyət daşıyır və Azərbaycanda bu amil əsrlər boyu mövcud olub. "Dünyada multikulturalizm üçün gözəl imkanlar var" deyən Azərbaycan Prezidenti mulitikulturalizmin alternativinin olmadığını bildirib, ölkəmizdə bütün xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi yaşadığını vurğulayıb. İndiyə qədər keçirilən forumlarda Prezident İlham Əliyev çıxışları zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, işğal olunmuş ərazilərdə tarixi, dini və mədəni abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirib. Ermənistanın işğala son qoyması ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qərarlarını xatırladan dövlət başçısı vurğulayıb ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev ilk forumdan ötən müddətdə Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoqla bağlı keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycan bu cür tədbirləri təkcə ölkədə deyil, sərhədlərimizdən kənarda da reallaşdırır.
Onu da qeyd edək ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser çıxış edirdi. O da bu tədbirin mədəniyyətlərin qovuşduğu bir məkanda - Bakıda ikinci dəfə baş tutmasını Azərbaycan Prezidentinin mütərəqqi baxışlarının nəticəsi kimi qiymətləndirib: "Bu forum dünyada mədəni müxtəlifliyin inkişafına töhfə verir. Sülh, ədalət və inkişaf naminə səslənən fikirlər beynəlxalq aləmdə əks-səda doğuracaq".
Bir neçə gün əvvəl isə Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb. Forum "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilib. Forumda müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılıb. Forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi foruma BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar qatılıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir. Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyllər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik" deyə bildirən ölkə başçısı qeyd edib ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Onun sözlərinə görə, bu bizim ən böyük sərvətlərimizdəndir: "Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyllərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyllərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə, forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm mərkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var...".
Ölkə başçısı onu da vurğulayıb ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir: "Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırırıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür".
Ölkə başçısı təəssüflə qeyd edib ki, bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük: "Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin, neofaşizm hərəkatı kimi təhlükəli meyllərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik".
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser "...Bu il keçirilən Forumun mövzusu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq"dır. 2015-ci ilin sentyabrında dünya liderləri 17-ci davamlı inkişaf məqsədlərini qəbul etmək üçün toplaşacaqlar. Bu baxımdan Alyansın məramı sülhsevər və inklüziv cəmiyyətlərin qurulması zərurətini qeyd edən 16-cı davamlı inkişaf məqsədinə tam oxşardır. BMT-nin gördüyü işin əksər hissəsi və həmin yeni davamlı inkişaf məqsədləri vasitəsilə həll etməyə çalışdığımız məsələlərin çoxu 2030-cu ilə qədər fəaliyyətimizi istiqamətləndirəcək. Davamlı inkişaf və qlobal təhlükəsizliyə nail olmaq üçün irəliləyişə əngəl törədən bir sıra problemləri aradan qaldırmağa yardım edəcək. Təcridolunma, iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik, düzgün idarəçiliyin çatışmaması XXI əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik nümunələrindən biridir. Bu gün biz "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunu müzakirə etdiyimiz zaman müxtəliflik məfhumunu xatırlatmaq çox yerinə düşərdi. Bu zala nəzər saldıqda burada müxtəlif ölkələrdən gəlmiş çoxlu sayda fərqli insanları görürəm. Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın özü müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır"-deyə bildirib.
Tarix üzrə fəlsəfə doktoru İbrahim Məmmədov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu şərh edərkən bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət, dövlətimizin mədəniyyətlərarası dialoqa əhəmiyyət verməsi qiymətlidir: "...Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın həyatında əlamətdar bir hadisə kimi yadda qaldı.
Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın məhz Azərbaycan Respublikasının paytaxtından start götürməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ