şənbə günü, 28 noyabr 2026
     

Erməni işğalçıları muzeylərimizi məhv edib, ərazilərimizdə qanunsuz arxeoloji qazıntılar aparıb...

Image



Azərbaycan dövlətinin muzey işi ilə bağlı həyata keçirdiyi siyasət muzeylərin inkişaf etməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsinə, eksponatların mühafizəsinə yönəlib və onların yüksək səviyyədə təbliğini əks etdirir. Ölkəmizdə fəaliyyət göstərən 200-dən artıq muzeyin 22-si erməni işğalı altındadır. İşğalaqədərki dövrdə bu muzeylər Azərbaycan tarixinin, ictimai fikrinin, mədəniyyətinin təbliğatçısı kimi tanınırdı.
Bu gün isə o muzeylər işğal altında olduğundan, onlar haqqında əlimizdə hər hansı bir məlumat yoxdur. Azərbaycan torpaqlarının işğalı muzeylərimizin talanması, mənimsənilməsi ilə də nəticələndi. Biz orada neçə minillik tarixi olan abidələri, eksponatları, xalq sənətkarlarının yaratdığı, əsrlərlə yaşı olan sənət nümunələrimizi, muzeyləşən məişət əşyalarımızı və s. itirdik. Azərbaycan torpağının altı da, üstü də xəzinədir. Bu xəzinədən o muzeylərə də pay düşmüşdü, amma indi o pay yağmalanıb.
Qarabağ.net saytında işğal altında olan muzeylərlə, tarixi abidələrlə, ermənilərin bizim ərazilərdə apardıqları qanunsuz arxeoloji qazıntılarla, eləcə də saxtalaşdırılan abidələrlə bağlı mütəxəssis fikirləri yer alıb. Alimlər qeyd edir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Saytda yazılır ki, bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır: «Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun «Ümumdünya mədəni və təbii irsin qorunması haqqında» Konvensiyasının pozulmasıdır. Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilərdəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən araşdırılıb». Tarixçi alimlər bildirir ki, bununla belə, Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib: «Azərbaycanın Mədəniyyət Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim edib. İşğal altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrinin əksəriyyəti SSRİ dövründə sənədləşdirilməmiş qalıb ki, bu da sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsi idi. İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə alıb. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər. Son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə «erməni abidəsi» kimi qeydiyyata alınıb. 2010-cu ildə işğal altındakı ərazilərə səfər edən isveçrəli jurnalist, «Wochenzeitung» və «Neues Deutschland» nəşrlərinin əməkdaşı Andre Vedmer də tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olub. Vidmer Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı faktlara əsasən, işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələr xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar olduğundan, onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur».
İşğal altındakı ərazilərdə aparılan arxeoloji qazıntılardan bəhs edən alimlər bildirir ki, ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib, bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadır: «Məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisinə, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik «Böyük Ermənistan» dövlətinin paytaxtı «Tiqranakert»in izlərini tapmaq vəzifəsi qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını Şahbulaq yaylağına ezam edib. Qısa müddətdən sonra arxeoloqlar uydurma «Tiqranakert» şəhərinin qalıqlarını aşkar etdikləri barədə xəbər yayıblar. Lakin çox keçmədən onların bu «kəşfi» biabırçı faktla üzləşib, məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları «tarixi dəlillər» kimi təqdim ediblər. Qazıntılarda iştirak edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı tərk ediblər. Buna baxmayaraq, erməni arxeoloqları Şahbulaq yaylaqlarında, tikintisi 1751-1752-ci illərdə başa çatan və Qarabağ xanlarının iqamətgahı olan Qıfıl xan sarayı kompleksi ərazisində qazıntı işlərini hələ də davam etdirməkdədir. Ermənilərin apardıqları qazıntılar nəticəsində Qıfıl xan sarayı tarixi abidəsinin böyük ölçüdə dağıdıldığı bildirilir. Ermənilər həmçinin işğal altındakı Füzuli rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən biri olaraq tanınan Azıx mağarasında, Xocavənd və Ağdərə rayonları ərazisində də arxeoloji qazıntılar aparırlar. Azıx mağarasında arxeoloji qazıntılar 2001-ci ildən başlayıb. Qeyd edək ki, bu mağaranı ilk dəfə 60-cı illərdə Azərbaycan alimləri kəşf ediblər və orada qədim insan sümüklərini tapıblar. Bu sümüklər indiyədək tapılmış ən qədim insan sümükləri hesab edilir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi arayışına görə, hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və azərbaycanlılara aid digər milli abidələr məhv edilir. Nazirliyin topladığı faktlara görə, erməni işğalçıları həmçinin Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıdıblar. Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək muzeyi, Qubadlı Tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun Tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), Daş abidələr muzeyi və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin, demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb».
Qarabağ.net yazır ki, erməni işğalı nəticəsində eksponatları ilə birlikdə talan olunan, məhv edilən muzeylər sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək muzeyi sayılır: «Ağdamda Çörək muzeyi ilə yanaşı, Tarix ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərib. Erməni işğalı zamanı təkcə Şuşada 8 muzey dağıdılıb, talan edilib. Bunlardan yalnız Xalça və tətbiqi sənət muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ tarixi muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnib və ağır texnika vasitəsilə zədələnib. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub».
Qeyd edək ki, hazırda güllələnmiş heykəllər Rüstəm Mustafayev adına İncəsənət Muzeyində saxlanır.
Onu da qeyd edək ki, ermənilər tərəfindən məhv edilən muzeylərdən biri də Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi olub. Alimlərin bildirdiyinə görə, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Muzey ermənilər tərəfindən bütünlüklə məhv edilib. Zəngilan rayon Tarix diyarşünaslıq muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyatının maketi daxil olub. İşğaldan sonra muzey dağıdılıb, eksponatları talan edilib. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanan Qubadlı Tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb».
Cəbrayıl rayon Tarix-diyarşünaslıq muzeyi də erməni işğalı altındadır. Muzey direktoru Taryel Abbaslı mətbuata bildirib ki, Cəbrayılın tarixi, onun maddi-mədəniyyət abidələri, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və o vaxtlar respublikamızda öz fəaliyyəti, işi ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi-Cəbrayıl rayon Tarix-diyarşünaslıq muzeyi var idi: «Cəbrayıl rayon Tarix-diyarşünaslıq muzeyinin ayrıca binası olmasa da, şəhər internat məktəbinin binasındakı bir neçə otaqda geniş fəaliyyət göstərirdi. 1992-ci ildə isə rayon mərkəzində ikimərtəbəli, yaraşıqlı binaya köçmüşdük. Lakin 1988-ci ildən başlayan erməni riyakarlığı, erməni məkri öz işini görməkdə idi. Ağır müharibə şəraitində həyatımızı risqə qoyaraq yaşayır, işləyirdik. Demək olar ki, rayon mərkəzi, kəndləri hər gün artilleriya atəşinə tutulurdu. Bir tərəfdən də hər gün rayonun artilleriya və qrad mərmilərindən atəşə tutulması nəticəsində ayrı-ayrı binalar yanır, dağılır və məhv olurdu. Belə bir aqibət muzeyin binasını da gözləyirdi. Buna görə də biz Mədəniyyət Nazirliyinin müvafiq sərəncamını əldə edərək muzeyin ən qiymətli eksponatlarını guya sərgiyə aparmaq adı ilə rayon mərkəzindən çıxararaq Arazboyu kəndlərdə gizlin şəkildə yerləşdirdik. Beləliklə, təxminən 17 minə qədər eksponatı düşmən işğalından xilas edə bildik».
Onun sözlərinə görə, bu eksponatlar xalça və xalça məmulatları, qızıl və gümüş qadın bəzəkləri, kişi və qadın gümüş kəmərləri, müxtəlif etnoqrafik və arxeoloji materiallar, rayonun tarixi və mədəniyyəti ilə bağlı müxtəlif fotolar, sənədlər və digər əşyalardır: «Hazırda mədəniyyət nazirinin əmri ilə 1993-cü ilin dekabr ayından bizim muzeyimiz İstiqlal Muzeyinin fondunda yerləşdirilib və o vaxt nazir bizim üçün xüsusi əmrlə ayrıca otaq ayırmışdı. Sonradan burada Muzey Mərkəzinin açılması ilə əlaqədar o otağı da bizdən aldılar. Və elə o vaxtdan da materiallarımızı İstiqlal Muzeyinin fondunda bir tərəfə yığmışıq. Bu gün Cəbrayıl muzeyi yaşayır, işləyir. Rayonun köçkünlük və didərginlik həyatına dair materiallar toplayır».
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ