şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dövlətçilik tariximizdən - Atabəylər dövləti...
Tarix: 15.05.2015 / 02:21
Bölmə: Layihə
Müstəqil Azərbaycan Respublikası dərin dövlətçilik ənənələri, kökləri üzərində qurulub, pərvəriş tapıb. Dövlətimizin söykəndiyi, güc aldığı zəngin dövlətlərimiz, şahlıqlarımız olub. Onlardan biri də Atabəylər-Eldəgizlər (Eldəniz-mətnlərdə əsasən bu addan istifadə edilir-İ.S) dövlətidir. Orta əsrlərdə yaranan və uzun illər mövcud olan milli dövlətimiz Atabəylər tariximizdə çox mühüm yer tutur. Bəllidir ki, Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan edib. Bu dövlətin yaranması, adı Şəmsəddin Eldənizlə bağlıdır.
Qulluqdan hakimiyyətə gətirən yollar...
Tarixi mənbələrdən bəllidir ki, Eldəniz uşaqlığında qul kimi satılıb və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarıb. Tarixçilərin yazdığına görə, o, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu alıb. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azərbaycanın cənub vilayətinin hakimi təyin olunub. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənir və 1136-cı ildə isə Arran hakimi təyin olunaraq Bərdəyə yollanır. Beləliklə, Eldənizlər dövlətinin əsasını qoyur.
Tarixçilərin yazdığına görə, İraq Səlcuq Sultanlığının ictimai-siyasi həyatında mühüm rol oynayan Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. Mənbələr yazır ki, 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi Ərdəbil Eldənizin hakimiyyətinə keçib. O, Şirvanşahı da asılı vəziyyətə salıb. Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından Məkrana, Arran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə kimi yayılmışdı.
Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənib.
Atabəylərin yeni dövrü...
Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı. İraq Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü. Tarixçilər yazır ki, bundan sonra qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və s.) dövlətin süqutuna zəmin hazırlayır. Əbu Bəkr 1210-cu ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə (1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənir.
Paytaxtdan paytaxta...
Tarixçilər bildirir ki, Atabəylər dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri məşhur olub. Bu dövr Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, təsviri incəsənətinin, heykəltəraşlığının, memarlığının, elminin inkişaf etdiyi dövr kimi də xarakterizə olunur. Tarixçilər yazır ki, o vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini ötüb, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı. Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olub.
Tarixçilərin yazdıqlarına görə, Eldənizlərin hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə şəhərlər abadlaşdırılır, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik həddən artıq irəli gedir. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.
Tarixin izi ilə...
Tarixçilər yazır ki, Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti Azərbaycan (Kür çayından cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfahan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olan dövlətin mühüm şəhərləri-Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. olub. Əsas təsərrüfat sahələrinə gəlincə, burada əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. yüksək səviyyədə inkişaf edib. Onu da qeyd edək ki, Eldəgizlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərini birləşdirən karvan yolları keçirdi. Eldəgizlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, akademik Ziya Bünyadov "XII-XIII əsrlərdə Atabəylər dövləti" əsərində göstərir ki, Şəmsəddin Eldəniz "Böyük Atabəy (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi: "Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq Sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı". Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsl hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xutbə oxunurdu. Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi gücsüzlüyü ucbatından bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətini davam etdirməsinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmasının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal iyerarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstanla mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, güclü qonşuları ilə, xüsusən Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı".
V.Ömərovun qeyd etdiyinə görə, Eldənizin ardıcıllığı və fəal gücü, sultan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi və bununla hakimiyyətin müdafiəçisi və feodal təşkilatının başçısı kimi yüksək, tədbirli xarici siyasəti-bütün bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olmuş və sultanın qəyyumu kimi mövqeyindən müvəqqəti nailiyyətlər üçün deyil, bir tərəfdən özünün qoyduğu sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən isə, mərkəzi hakimiyyətin qüvvətləndirilməsn üçün istifadə etdiyinə körə, həqiqətən uzaqgörənlik edib: "Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə, o cümlədən, Eldənizin müasirlərinin əsərlərində qeyd edilir. Əl-Hüseyni yazır ki, "Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər". İbn əl-Əsir atabəy Eldənizin Tiflis qapılarından Məkrana qədər uzanan torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər".
Sultanın Azərbaycana hücumu...
V.Ömərov yazır ki, böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Onun qeydlərinə görə, bütün qoşunları bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı: "Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücuma keçməyə təhrik edirlər. Onlar sultana məsləhət görürlər ki, "Əgər sən Azərbaycanı azad etsən, oraya etibarlı adamlardan birini hakim təyin edib Həmədana qayıdar, (oradan) Bağdada gedib onu tutarsan. Çünki sənin məmlükün-Mosul hakimi Qütbəddin Mədud ibn Zəngi sənə tabedir və sənə qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və Xilafətin minbərlərindən sənin adınla xütbə oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar".
Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yürüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının gücləndiyini (şiddətləndiyini) və "həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılması əmrini verir".
Həmədana qayıtdıqdan sonra sultan şəhərin rəisi əmir Seyyid Fəxrəddin Əlaəd-Dövlə Ərəb şahın qızına evlənir. Eyni zamanda, o, atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və onunla barışır. Dövlətin idarə olunmasını ona tapşırdıqdan az sonra sultan ölür. Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffəqiyyətlərindən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olub. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəslinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fələkəddin Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühasirəni Marağaya keçirir. Bu vaxt atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühasirəyə alır. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini xilas etmək xatirinə şəhəri təslim verdiyindən, Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz ələ keçirir. Burada bağlanmış sülh müqaviləsinə əsasən, Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına qədər öz sahiblərinin əlində (ixtiyarında) qalır. Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir. Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin vilayətlərdə Misir və Suriyanın məşhur hakimi-Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusif (1169-1193) böyük fəaliyyət göstərirdi. Ona görə də Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, hamiliyində olanlara hərbi yardım göstərirdi. Cahan Pəhləvanın (hakimiyyətinin əsas yekunu Eldənizlər dövlətinin xarici siyasət mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsindən ibarət olub. Lakin Atabəyin hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mürəkkəb idi: sonralar məlum oldu ki, Cahan Pəvləvanın həyata keçirdiyi tədbirlərin çoxu mərkəzi hakimiyyətin möhkəmlənməsinə eyni dərcədə kömək edə bilməyib".
Gördüyümüz kimi, dövlətçilik tariximizdə əhəmiyyətli rolu olan Atabəylər dövləti şərəfli, böyük, nümunəvi bir yol keçib. Atabəylərin hakimiyyət illəri Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, memarlığının intibah dövrü olaraq tarixi mənbələrdə öz yerini tutur. Azərbaycanın hər bölgəsində Atabəylərin izi var. Naxçıvandakı Möminə Xatun türbəsi o dövrün unikal abidəsi kimi çağdaş dövrümüzdə də yaşayır və bu dövlətin möhtəşəmliyindən, əzəmətindən xəbər verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 12:32
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ