Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan qoruq və yasaqlıqları - dövlətin qoruduğu sərvət...
Tarix: 04.03.2015 / 09:20
Bölmə: Layihə
Bəsitçay və Qaragöl qoruğu, Arazboyu yasaqlıqlar isə erməni tapdağındadır
Qoruqlar, yasaqlıqlar dövlətin diqqəti və qayğısı sayəsində həm inkişaf edir, həm zənginləşdirilir, həm də mühafizə olunur. Bu torpağın hər bir sərvətinin qayğı ilə əhatə olunmasından yaxşı nə ola bilər ki. Dövlət təbiətin yaratdıqlarına sahib çıxır və onları məhv olmaq təhlükəsindən xilas edir. Bu qoruq və yasaqlıqlarda müxtəlif növdə bitki, nadir ağaclar, heyvanlar, quşlar, balıqlar qorunur.
Onu da qeyd edək ki, Azərbaycan qoruq və yasaqları, milli parkları haqqında yazı hazırlayarkən əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bəzi icra hakimiyyəti orqanlarının saytlarında gedən məlumatlardan istifadə etmişik. Hesab edirik ki, buradakı məlumatlar daha dəqiq və etibarlıdır. Maarifçilik yükü də kifayət qədərdir.
Bu sayımızda da bir neçə qoruq haqqında danışacağıq. Dövlətin mühafizə edib dəyər verdiyi bu qoruqların bütün mənalarda əhəmiyyəti böyükdür.
İsmayıllı Dövlət Təbiət Qoruğu 1981-ci ildə yaradılıb. Qoruqda fıstıq, vələs, palıd, şabalıdyarpaq palıd, qaraçöhrə, ağcaqayın, göyüş, cökə ağacları meşəliklər əmələ gətirir. Burda boz ayı, meşə pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və başqa heyvanlar yaşayır. Quşlardan toğlugötürən, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, balıqlardan çay xallı balığı Azərbaycanın "Qırmızı kitab"ına düşüb.
Digər bir qoruq isə İlisu Dövlət Təbiət Qoruğudur ki, bu qoruq nadir və nəsli kəsilməkdə olan fauna və floranı qorumaq, artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək məqsədilə 1987-ci ildə yaradılıb. Qax rayonunda yerləşən qoruqda 500 növ bitki var ki, onlardan 60-a yaxını endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qararaça və s. heyvanlar yaşayır. Qoruqda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fısdığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşan alması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılıb. Qaraçöhrə, radde ağcaqayın bitkilərinin adları "Qırmızı kitab"lara daxil edilib. Qoruqda nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq, dovşan, süleysinlər, siçanlar, sincablar var. Qoruqdakı çaylarda forel balığı yaşayır.
Şahbuz Dövlət Təbiət Qoruğu 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılıb. Batabat ərazisində əsasən dağ çəmən landşaftı inkişaf edib. Ərazinin florasının əsasını dərman bitkiləri, palıd ağacları, faunasını - quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.
Eldar Şamı Dövlət Təbiət Qoruğu - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 1686 hektarında yaradılıb. Qoruğun yaradılmasında əsas məqsəd nadir və endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanmasıdır. Eldar Şamı Qoruğunun ərazisi (392 ha) 1967-ci ildən Göy-göl Dövlət Təbiət Qoruğunun filialı kimi fəaliyyət göstərib. Ərazidə dərman bitkiləri, palıd ağacları qorunur. Burada quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, heyvanlardan qonur ayı, porsuq, vaşaq yaşayır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına - 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir. Qoruğun geniş hissəsini palıd, ardıc, ağır iyli ardıc, Araz palıdı ağacları, yemişan, alma, alça, Şərq palıdı, vən, daş armud, acı badam kolları təşkil edir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 metrdir. Onun adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilib.
Korçay Dövlət Təbiət Qoruğu 2008-ci ildə Goranboy rayonunda yaradılıb. Burada nadir və nəsli kəsilməkdə olan heyvan növləri qorunur. Ərazisi düzənlik, təpəlik və alçaq dağlıq sahələrdən ibarətdir. Ərazidə efemerlər yaxşı inkişaf edib. Təbiəti heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Burda yaşayan ceyran və turac quşunun adı Azərbaycanın "Qırmızı kitab"ına daxil olunub. Burada dovşan, tülkü, çaqqal, canavar, kəklik quşu da var.
Hazırda erməni işğalında olan Zəngilan rayonunda da zəngin dövlət qoruğu olub. Hazırda bu qoruq yağı tapdağında olduğundan, onun taleyindən xəbərsizik.
Zəngilan Rayon İcra Hakimiyyətinin saytında qeyd edilir ki,
Zəngilan rayonunda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi "Yessentuki-4" suyuna uyğun gələn "Qotursu" mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turş su mineral bulağı vardı. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir.
Bəsitçay qoruğu-Bəsitçay hövzəsində böyük bir ərazidə təbii Çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 04 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət Qoruğu yaradılıb. Qoruğun ərazisi ilkin mərhələdə 117 hektar təsdiq olunub. Lakin sonralar, 1980-ci ildə heç bir əsaslı səbəb olmadan qoruq ərazisi 10 hektar azaldılıb, 107 hektara endirilib. Qoruğa məxsus olan 107 hektardan 100 hektarını meşə, 7 hektarını isə qumluqlar, daş yığınları təşkil edir. Hazırda Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisinə görə respublikamızın qoruqlarının ən kiçiyidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-200 metrə çatır. Qoruq Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonunun dövlət meşə fondu torpaqları ilə həmsərhəd idi. Qoruq dəniz səviyyəsindən 600-800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləşir. Qoruqda bitən çinarlar həm eninə, həm də dərininə yaxşı kök atdığı üçün çox güclü küləyə, dağ selinə davamlıdır. Bu çinar ağacları yaxşı tikinti və mebel materialı kimi çox qiymətlidir. Onun oduncağı möhkəm və yüngül olub qonur rənglidir. Qoruq 1993-cü ilin oktyabrından erməni işğalçıları tərəfindən zəbt olunub. Alınan məlumatlara görə, bu gözəl təbiət incisi vəhşicəsinə qırılıb Ermənistana daşınır: "Arazboyu yasaqlığı-zəngin flora və faunaya malik Araz çayı hövzəsi Zəngilanın təbii sərvətləri sırasında özünə məxsus yer tutur. 70 il SSRİ-nin sərhəd qoşunlarının nəzarətində olan Azərbaycan-İran sərhədindəki bu yasaqlıqda 1993-cü ilin ortalarında Bəsitçay Qoruğunun tərkib hissəsi kimi Arazboyu qoruğu yaradılıb. Uzunluğu təqribən 50 km olan qoruğun eni Araz çayının axınına uyğun olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif ağaclar, çöl heyvanları və quşları var. Ərazinin əsas torpağı gildir. Burada əsasən suya tələbatı çox olan ağaclar bitir".
Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin qorunub saxlanması məqsədilə 240 hektar ərazidə yaradılıb. Göl əsasən qar, yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilib. 1967-ci ildə gölə forel balığı buraxılıb. Qaragöl Dövlət Təbiət Qoruğu işğal altındadır və qoruq rejimi məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin-əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.
Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin 167 nömrəli Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilib (Qobustan qəsəbəsində - Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda-Lökbatan palçıq vulkanları). Daha sonra təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilib, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası" yaradılıb. Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamına əsasən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilib.
Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 sentyabr 2007-ci il tarixli, 512/ü nömrəli əmri ilə müvafiq Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planına əsasən, Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi, palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan vulkanların yerləşdiyi ərazilərə baxış keçirilməsi və inventarlaşdırma işinin aparılması, ərazinin sərhədlərinin müəyyən edilərək xəritə-sxeminin hazırlanması, qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) real vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən hərtərəfli tədqiq olunması və bu ərazilərdə aparılan tikinti işlərinin qarşısının alınması istiqamətində işlərin təşkili nəzərdə tutulur.
Hazırda Tədbirlər Planına müvafiq olaraq nazirlik tərəfindən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun Əsasnaməsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib, qoruq statusu verilmiş palçıq vulkanlarının sxematik geoloji xəritələri hazırlanıb. Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində digər tədbirlər də ardıcıl olaraq həyata keçirilməkdədir. Bu işlərin icrası ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar məşğul olur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ