Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bu gün "xəbərçi", "müjdəçi, müjdəverən" çərşənbədir
Tarix: 03.03.2015 / 00:04
Bölmə: Layihə
Türkoloq Güllü Yoloğluya görə, ikinci çərşənbədə qızlar "vəsfi-hal" ayini keçirib fala baxar, bəxtlərini sınayar...
Təbiətin ağlayan-güləyən çağında yaşayırıq. Boz ayın xüsusiyyətləri üstə köklənən havalar bu ayın özü kimidir, gah bozarır, gah qızarır, gah da gülümsünür. "Oğru çərşənbələr" arxada qalıb. Artıq ikinci doğru çərşənbənin ovqatına, əhvalına, ab-havasına kökləmişik özümüzü. Mövzu ilə əlaqədar keçən yazımızda professor Məhərrəm Qasımlının fikirlərini təqdim etdik, görkəmli alimin çərşənbələrə münasibətini qeyd etdik.
Məlum oldu ki, Novruz çərşənbələrinin adları "su, od, külək, torpaq" yox, el ağzında tamam başqa cür səslənir, deyilir. Professor Qasımlı qeyd edirdi ki,"doğru çərşənbələr"in el arasında çeşidli adları var. Bu sıradan olan birinci çərşənbə "əzəl çərşənbə"dir. "Əzəl çərşənbə"ni biz keçən həftə qeyd etdik və onu da bildirək ki, Azərbaycanın müxtəlif bölgələrində "sular novruzu" və "yalan çərşənbə" də deyilir.
Bu gün isə ikinci çərşənbəni qarşılayırıq. Bu çərşənbələrin hər birinin el arasında özəl xüsusiyyətləri var. İkinci çərşənbə "müjdəverən", "muştuluqçu", "külə", "kül", "xəbərçi" adları ilə tanınır. Biz özümüz də uşaqlıqdan el-obamızda ikinci çərşənbənin bu cür adlandırılmasını eşitmişik.
Tarix elmləri doktoru, tanınmış türkoloq alim Güllü Yoloğlu Novruz çərşənbələri haqqında maraqlı qeydlər edib. Güllü xanımla dəfələrlə bu mövzu ətrafında danışmışıq.
"Müjdəverən", "muştuluqçu", "külə", "kül", "xəbərçi" adları ilə tanınan ikinci çərşənbəyə və ümumiyyətlə çərşənbələr məsələsinə, onların çeşidli adlarla adlandırılmasına, başqa ideologiyaya, yad sistemlərə pərçim edilməsinə münasibət bildirən alim "su, od, külək, torpaq çərşənbəsi" tendensiyasını qəbul etmir: "Son illər söhbət çərşənbələrdən düşəndə, demək olar ki, hamımız dərsini yaxşı bilməyən şagird kimi çaşırıq. Biri su çərşənbəsi deyəndə, o birimiz torpaq çərşənbəsi deyirik. İş o yerə çatıb ki, bu çaşqınlıq televiziya kanallarımıza da sirayət edib. Hətta alimlərimiz də çaşırlar. Məsələn, Azad Nəbiyev "İlaxır çərşənbələr" kitabçasında çərşənbələri su, istilik, yel və torpaq adlandırır. Kamil Vəli Nərimanoğlu "Nevruz geleneği ve Azerbaycan" məqaləsində çərşənbələri od, su, hava, torpaq deyə sıralayır. Gözəl alimimiz Ə.Cəfərzadə isə çərşənbələri su, od, torpaq və yel kimi sıralayıb. Gördüyümüz kimi, alimlərimizin özləri belə çərşənbələrin adlarında yekdil fikrə gələ bilmir. O zaman sadə xalqı çaşdırmağın lüzumu varmı? Niyə xalqa çərşənbələri dədə-baba qaydası ilə adlandırmağa imkan vermir, hər alim öz fərziyyəsini irəli sürür, kitablar, məqalələr yazır, oxucuları yanlış yönləndirirlər? Maraqlıdır ki, çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsini ortaya atan alimlər "ab-atəş, xak-bad" fikrinə dayanaraq, insanın bu dörd ünsürdən yaranmasına əsaslanaraq çərşənbələri də su, od, torpaq və yel deyə dörd yerə bölürlər. Lakin, yuxarıda da gördüyümüz kimi, bu dörd ünsürün sıralanmasında da alimlərimiz fərqli fikir nümayiş etdirir. Onu da qeyd edək ki, türkün mifik təfəkküründə insanın var oluşunda dörd ünsür deyil, beş ünsür böyük rol oynayır. Bunların beşincisi dəmirdir. Biz çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsi ortaya atılandan bəri bu fikrə qarşı çıxmış, yeri gəldikcə, kütləvi informasiya vasitələrində bu məsələyə toxunmuşuq. Xalqımız nahaq yerə demir ki, "yalan ayaq tutar, yeriməz". Çərşənbələrə bu adların verilməsi də iyirmi ildir ayaq tutub, amma yeriyə bilmir... Təbii ki, bir fikri inkar edəndə, gərək öz mövqeyini ortaya qoyasan və onu da əsaslandırasan. Bu baxımdan biz də xalqa zorla təqdim edilən yanlışı niyə yanlış hesab etdiyimizi izah edəcəyik. Birincisi, sözügedən ünsürlərin hər biri insanın yaranmasında mühüm rola malikdir. Lakin çərşənbələrin hamısını xalq eyni səviyyədə keçirmir, yəni hamısına eyni münasibət göstərmir. Məsələn, əgər yalançı çərşənbə qeyd olunmursa, xəbərçi çərşənbəyə sevinilirsə, ölü çərşənbəsində kədər hökm sürürsə, ilin-ayın axır çərşənbəsi böyük ruh yüksəkliyilə, şadyanalıqla, xüsusi hazırlıqlarla qeyd olunur. Yəni axır çərşənbə digərlərindən tamamilə seçilir, yalançı çərşənbə isə, qeyd etdiyimiz kimi, ümumiyyətlə qeyd olunmur. Bu o demək deyil ki, insanın yaranışında suyun rolu o qədər əhəmiyyətsizdir ki, onu qeyd etməmək də olar və yaxud yelin (bəzən buna alimlər külək çərşənbəsi də deyirlər, bizcə burada söhbət havadan gedir) yeri o qədər önəmlidir ki, onu daha böyük şadyanalıqla keçirmək lazımdır".
Alimin sözlərinə görə, çərşənbələrin əsl adı xalqın dilində, həyat tərzində, məişətində, yaddaşında yaşayır. "Ən doğrusunu isə xalq deyir" deyə bildirən G.Yoloğlunun qeyd etdiyinə görə, birinci çərşənbə yalançı, ikinci çərşənbə xəbərçi (cıdırçı, müjdəçi), üçüncü çərşənbə ölü çərşənbəsi (qara çərşənbə və ya ölülər bayramı), dördüncü çərşənbə isə ilin-ayın axır çərşənbəsidir. Onun sözlərinə görə, bəzi illərdə Novruz günü ilin-ayın axır çərşənbəsi ilə üst-üstə, bəzən də fərqli günlərə düşür: "İlk çərşənbə xalq arasında yalançı çərşənbə adlanır. Bu çərşənbədə ocaq, tonqal qalanmır, dəbdəbəli bol süfrə açılmır. Hərə öz işindədir: həyət-baca təmizlənir, mal-qaranın altı kürünür, kiçik çillənin törətdiyi fəsadlar aradan qaldırılır. İlin-ayın axır gününə hazırlıqlar daha da sürətlənir. El arasında ikinci çərşənbəyə xəbərçi, cıdırçı və ya müjdəçi çərşənbə də deyilir. Bu çərşənbə xalqın həsrətlə gözlədiyi, böyük coşqu ilə hazırlaşdığı ilaxır, ilin-ayın axır çərşənbəsinin, yeni günün yaxınlaşdığından xəbər verir. Bu xəbəri hamı sevinclə qarşılayır. Məxsusi süfrə açılmasa da, masada qarın dolusu yemək olur. Uşaqlar əylənir, tonqal qalayır, lopalar atır, xəbərçi gələn ilaxır çərşənbənin yolunu işıqlandırır, şər qüvvələri qovur, həyət-bacanı odla paklayırlar. Bu işdə yaşlılar onlara yardımçı olur. Camaat Günəşin istiliyini canında daha yaxşı hiss etmək üçün vaxt tapıb çəmənliklərə çıxır. Axşam işdən-gücdən bir az vaxt tapan kimi qızlar "vəsfi-hala" - fala başlayırlar. Demək olar ki, türk xalqlarının hamısında falaçmanın bu növü geniş yayılıb. Ona "muncuq oyunu", "baxt açmaq", "niyyət çəkmək", "bahtiyar", "üzük çəkmək", "martufal atmaq" və bu kimi adlar verilir, çeşidli mahnılar, bayatılar oxunur. Falaçmanın müxtəlif növləri axır çərşənbədə də izlənir".
Alimin sözlərinə görə, uzun illər Sovetlər Birliyi içərisində yaşamış digər xalqlar kimi bizi də bacardıqları qədər köklərimizdən uzaqlaşdırıblar. Onun qeydlərinə görə, gizli-gizli, uzaq kənd yerlərində nisbətən aşkar qoruyub saxlaya bildiklərimiz, unutduqlarımız, qarışdırdıqlarımız da az olmayıb: "Bu gün onların bərpası böyük əmək tələb edir. Unudulmuş mərasimlərin, onlarla bağlı inam və ayinlərimizin bərpasının yeganə yolu digər türk xalqlarının maddi və mənəvi mədəniyyəti və ya ateizmin qırmancından uzaqda qalan soydaşlarımızın, o cümlədən də Türkiyə ərazisində yaşayan Azərbaycan türklərinin adət-ənənələri ilə müqayisəli təhlilində, araşdırılmasındadır. Bu baxımdan çərşənbələrin dörd ünsürlə adlandırılmasına rəvac verən su, od, torpaq və yellə bağlı inamların vaxtilə Osmanlı sərhədləri içərisində, indi isə Türkiyə Respublikasında yaşayan, adət-ənənə, mərasim və inamlarını bizlərə nisbətən daha yaxşı qoruyub saxlayan, fars təsirindən uzaq olan Qarsdakı Azərbaycan türklərinin yaddaşına müraciət edək. Burada fevral ayının 20-dən, yəni kiçik çillə çıxanda cəmrə, yəni od, atəş, isti, Günəş havaya baxır. İnsanlar kiçik çillənin qarından, çovğunundan, şaxta-sazağından qurtulmağa başlayır. Havada şaxta olsa da, yavaş-yavaş isinməyə doğru gedir. İnsanlarda ümid yaranır. Təbiət canlanır. Fevralın 27-də cəmrə, yəni Günəş suya baxır, buzlar əriyir, su isinir, çayların suyu bol olur, ağaclara can verir. Martın 6-da cəmrə torpağa düşür. Torpağın səthindən buğ qalxır, donu açılır, payızdan qalan toxumlar canlanır. Ancaq maraqlıdır ki, burada bir ünsür digərlərinin canlanmasına səbəb olur, yəni nə havanın, nə suyun, nə də ki, torpağın canlanması od, atəş, isti, Günəş olmadan mümkün deyil. Doğrudan da, məsələyə məntiqlə yanaşılsa, od, istilik olmasa, su necə canlana bilər? Necə buzu əriyər, donu açılar? Deməli, birinci çərşənbəyə su çərşənbəsi deyilməsi tamamilə yanlışdır. Buradan həm də aydın olur ki, odu ayıraraq ayrıca od çərşənbəsi demək və çərşənbələrə dörd ünsürün adını vermək yanlışdır.
Deməli, məntiqlə sırada birinci və ən vacib yeri od, atəş, istilik, daha doğrusu, Günəş tutur. Məhz onun sayəsində 1) hava isinir; 2) suyun buzu əriyir; 3) torpaq cana gəlir.
Belə olduğu halda klassik aşıq şeirində də özünə yer alan "ab-atəş, xak-bad" nədir? Dədələrimiz bunu ona görə deməyiblər ki, kimlərsə öz fantaziyalarından çıxış edərək insanın yaranışında danılmaz rolu olan bu dörd ünsürün (biz bura dəmiri də əlavə edirik-G.Y) adlarını çərşənbələrə versin. Əgər təbiətin canlanmasındakı sıralanmanı "su, od, torpaq, yel (hava)" kimi qəbul etsək, ən azından bilici babalarımızın, nənələrimizin ruhuna hörmətsizlik etmiş olarıq. Şair dədələrimiz bu sıralamanı qafiyə xatirinə, şeiriyyət xatirinə bu cür düzmüşlər. Biz əgər insan oğlunun yaranışında rolu olan ünsürlərdən danışarkən onların yerini dəyişsək, yəni "torpaq, su, hava, od" desək, heç bir xətaya yol vermərik. Ancaq təbiətdə baş verən dəyişikliklərdəki, canlanmadakı sıralamanı pozsaq, bu, ciddi səhv olar. Çərşənbələrin el arasındakı adlarındakı sıralamanı da bəzi tədqiqatçılarımız yanlış verir. Qarşımızda maraqlı mənzərə canlanır: kiçik çillə çıxandan sonra artıq xalq qarlı qışdan çıxıb. Azuqə bitib, mal-qara acdır. Əhali əlində-ovcunda olanı da Xıdır Nəbi bayramında süfrəyə düzdü, çillə çıxartdı. Yaz tarla işləri başlayır. Bağ-bağat səliqə-sahman tələb edir. Belə bir vaxtda hər çərşənbə bayram süfrəsi açmağa, əylənməyə nə vaxt, nə də maddi imkan var. Ancaq uşaqlardan olsa, hər çərşənbə bayram edərlər. Bu gün xalqın bir hissəsinin əylənməyə, çalıb oxumağa meylini nəzərə alsaq, əlbəttə, çərşənbələrin hamısı qeyd olunacaq... Bir də ki, şəhər əhalisi qış aylarında idarə, fabrik və zavodlarda, tədris ocaqlarında, Akademiyanın elmi-tədqiqat institutlarında, tikintidə necə çalışmışdısa, eləcə də işinə davam edir. Yəni əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, təbiətdən, havadan asılı olan digər sahələrlə məşğul olan əhali üçün yazın gəlişinin özəl anlamı var. Bakıdakı iqlim şərtləri ilə kənd təsərrüfatı ilə məşğul olan rayonlarımızdakı iqlim şəraiti eyni deyil. Bir də görürsən ki, şəhərin içində ağaclar çiçəkləyib, lakin dənizkənarı kəndlərdə hələ tumurcuqlar heç çatlamayıb da. Ona görə də mövsüm mərasimlərimiz əsasən kənd rayonlarımıza ünvanlanıb.
...Əlbəttə, təbiətdə baş verən dəyişiklikləri, Günəşin öz şüalarını havaya, suya, torpağa yönəltdiyi günləri, çərşənbələri və digər mövsüm və təqvim mərasimlərinin vaxtını bütün xalq izləmirdi. El arasında bilici babalarımız, nənələrimiz vardı ki, onlar elin-obanın təsərrüfatının birbaşa asılı olduğu təbiətdəki dəyişiklikləri, əlamətləri oxuya bilir, ətrafdakıları vaxtlı-vaxtında olacaqlardan hali edirdilər, lap elə Dədə Qorqud kimi. Xalq da onlarla məsləhətləşir, dediklərinə əməl edirdi..."
İkinci çərşənbəni - xəbərçi (cıdırçı, müjdəçi, müjdəverən, külə, kül adlandırılır) çərşənbəni qeyd edirik. Elm adamlarının, mərasimşünasların, türkoloqların elin saxlancından götürüb bugünkü nəslə çatdırdığı örnəklərdən birini də sizə təqdim etdik. Əlbəttə, hər bir mərasimin öz adı ilə çağırılması çox vacibdir, bu, ən azından, ulularımızın ruhuna sayğıdır.
Ardı növbəti çərşənbədə...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ