Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dövlət mühafizəsində olan milli sərvətimiz - qoruqlar...
Tarix: 03.03.2015 / 00:03
Bölmə: Layihə
Azərbaycan milli-mənəvi sərvətləri, yeraltı, yerüstü xəzinələri o qədər zəngindir ki, onu yalnız sözlə ifadə etmək çətindir. Məlum olduğu kimi, uzun illərdir Azərbaycan ərazisində qoruqlara dövlət səviyyəsində xüsusi qayğı göstərilir və bu qayğı sayəsində qoruqlar ciddi şəkildə mühafizə olunur. Qeyd edək ki, qoruq - mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir.
Təbiətşünasların bildirdiyinə görə, qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir-akvatoriyalardır. Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 15 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Məlumatlarda o da bildirilir ki, Azərbaycanın ilk qoruğu olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildən fəaliyyət göstərir. Bunun ardınca 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilib. Ümumilikdə, 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərib. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi yeni qoruqlar təşkil edilib. Belə ki, 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu(ADTQ) yaradılıb. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda, 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının (ZDTQ) əraziləri genişləndirilib.
Azərbaycan dövlətinin təbiətin mühafizəsi sahəsində gördüyü işlər, qoruqların yüksək səviyyədə təşkili, qorunması istiqamətində həyata keçirdiyi tədbirlər sayəsində özünün ən şöhrətli çağını yaşayan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu mənəvi sərvətlərimizin qorunduğu yerdir.
Məlumat üçün deyək ki, Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında qobu və yarğanlara malik geniş coğrafi rayondur. Qobustan ərazisi şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənir. Qoruq Azərbaycanın paytaxtı olan Bakı şəhərindən 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cinqirdağ (Yazılı təpə), Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Ərazi quru subtropik iqlimə malikdir. Məlum olduğu kimi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında muzeydir. Qoruq Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cinqirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İsaq Cəfərzadə olub. Hazırda sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınıb. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. Kişilər möhkəm bədənli, bellərində kəmərçin silahlanmış halda təsvir edilib. Qadın şəkillərində döşlər qabarıq, baldırlar iri verilib. Onlar nəsil davamçıları kimi təsvir edilib. Qobustan qaya rəsmləri vaxtilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və s. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşərat şəkilləri qeydə alınıb. Heyvan şəkilləri əsasən kontur xətlə verilib. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və s. səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst poleolit) başlayaraq orta əsrlərə qədərki müxtəlif dövrləri əhatə edir. Qayaüstü rəsmlərlə yanaşı, epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII legionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilib. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanır. Bunlardan ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanıb. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966-cı ildən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri dövlət tərəfindən qorunur.
Dövlət təbiət qoruqları nadir təbiət obyektlərini qoruyub saxlamaq məqsədilə yaradılır. Bu ərazilərdən elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Azərbaycanda 13 dövlət təbiət qoruğu var.
Qeyd edək ki, Azərbaycanda 15 qoruq, 4 milli park və 16 yasaqlıq var. Onlar Azərbaycanın 5,3 %-ni tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Yasaqlıqda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda bir sıra təsərrüfat işləri aparmaq olar.
Bildiyimiz kimi, Göygöl Dövlət Təbiət Qoruğu Azərbaycanda yaradılan ilk qoruqdur. 1925-ci ildə Xanlar rayonu ərazisində təşkil edilən qoruğun əksər hissəsi meşəliklərdən ibarətdir. Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə obyektləridir. Ərazidə 1100-2200 metr hündürlükdə 76 növ ağac (şərq fısdığı, şərq palıdı, vələs və s.) və kolluqlar, 420-dən çox bitki növləri (quşarmudu, itburnu, yemişan, alça, gərməşov) qorunur. Burada Qafqaz maralı, qonur ayı, cüyür, vaşaq, kiçik dələ, toğlugötürən quş, qara quzğun, dağ kəkliyi, Xəzər uları var. Şərqi Qafqaz təkəsi və Cənubi Qafqaz qonur ayısının, Göygöldə yaşayan forel balığı və bir çox quşların adı "Qırmızı kitab"a düşüb.
Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Zaqatala və Balakən rayonlarının ərazisində yaradılıb. Qoruqda fıstıq, dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şama rast gəlmək olar. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik kimi heyvanlar yaşayır. Qoruğun ərazisi mürəkkəb relyefdən ibarətdir. Burada dağ və yüksəkliklər dərin dərələrlə, daşlı-qayalı çay sahilləri ilə kəsilir. Əsrlər boyu burdan keçən çaylar hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaradıb. Ərazisində 10-a yaxın şəlalə və 15-17 müxtəlif sulfatlı-mineral bulaq var. Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qarla, cənubdakı günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olur.
Qızılağac Dövlət Təbiət Qoruğu 1929-cu ildə Xəzər dənizinin cənub-qərbində köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Qoruq UNESCO-nun beynəlxalq əhəmiyyətli "Sulu-bataqlıq yerlər haqqında Ramsar Konvensiyası"nın siyahısına daxil edilib. Burada 248 növ quşa rast gəlmək olar. Hər yaz yuva qurmaq üçün qoruğa Şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, Misir vağları uçub gəlir. Qoruqda turac, sultan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları məskunlaşıb. Quşlardan 20-yə qədəri "Qırmızı kitab"a daxil edilib. Su hövzəsində 54 növ (siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s.) balıq var. Böyük Qızılağac körfəzində isə Xəzər suitisi qorunur. Qoruqda həmçinin çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü yaşayır. Ərazidə bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılıb. Böyük Qızılağac körfəzinin dərin sulu hissələrini kiçik dənizotu cəngəllikləri, dayaz yerlərini isə yaşıl, diatom və göy-yaşıl yosunlar əhatə edir. Kiçik Qızılağac körfəzində sualtı bitkilərdən su çiçəkləri, buynuzyarpaq, sulələyi, həmçinin qamış, dəniz lığvari, ciyən və s. bitir.
Türyançay Dövlət Təbiət Qoruğu 1958-ci ildə Boz dağın arid meşələrinin qorunması, bərpası məqsədilə təşkil edilib. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan palıdı, adi göyüş, sarağan, efedra, saqqız ağacı, nar və başqa ağaclar inkişaf etdirilir. Ərazisi alçaq dağ tirələrdən ibarətdir. Yayı isti, qışı mülayim isti keçir. Burda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq kimi çöl heyvanları məskən salıb. Qoruq ərazisi qışlaq yeri kimi əlverişlidir. Burada müxtəlif ilanlara (daha çox gürzə) və kərtənkələyə rast gəlinir. Türyançayın sularında Xəzər tısbağası yaşayır. Quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşıb. Qoruqda ayı, şahin, berkut, çöl qartalı yaşayır. Üçüncü dövrün relikt ağacı olan ardıcın Azərbaycanda yayılmış 6 növündən 4-ü Türyançay qoruğunda yayılıb. Qeyd edək ki, bir hektar ardıc meşəsi 10-15 min əhalisi olan sənaye şəhərinin havasını təmizləmək gücünə malikdir.
Pirqulu Dövlət Təbiət Qoruğu Şamaxı rayonunda yerləşir. 1968-ci ildə dağ-meşə landşaftlarını, müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını qorumaq, meşə sahələrini artırmaq məqsədilə yaradılıb. Qışda soyuq, yayda isti iqlimə malik qoruqda boz ayı, canavar, meşə pişiyi, vaşaq, gəlincik, çöl donuzu, cüyür yaşayır. Quşlardan qırqovul, zığ quşu, qara tetra və başqaları var. Meşəlikləri vələs, palıd, fısdıq, söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarından ibarətdir.
Şirvan Dövlət Təbiət Qoruğu Şirvan düzənliklərinin cənub-şərq hissəsində Salyan və Neftçala rayonları ərazisindədir. 1969-cu ildə ceyranların və digər fauna növlərinin mühafizəsi, bərpasını təmin etmək məqsədilə yaradılıb. 2003-cü ildə qoruğun bazasında və ətraf ərazilərdə Şirvan Milli Parkı qurulub. Qışı mülayim, yayı quru və isti keçir. Qoruq yarımsəhra və düzənlik ərazidə yerləşdiyindən, burada çay və bulaq yoxdur. Ərazidən keçən kollektorlar vasitəsilə qoruqdakı Çala gölü su ilə təmin olunur. Göldə qamış və digər su bitkiləri inkişaf edib. Su-bataqlıq ərazilərdə nadir köçəri (turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s.) quşlar qışlayır. Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar var.
Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci ildə Qazax rayonu ərazisində yaradılıb. Burada əsas qorunan obyekt Kür çayının orta axarı boyunca yerləşən tuqay meşələridir. Qoruqda ağac növlərindən ağyarpaq qovaq, palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Heyvanlardan qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın və bülbülə rast gəlmək olar. Çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar var. Qoruqda qurbağalar, bataqlıq tısbağası, müxtəlif ilanlar və kərtənkələlər məskunlaşıb.
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ