şənbə günü, 30 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Muzey işinə dövlət qayğısı...
Tarix: 02.03.2015 / 01:29
Bölmə: Layihə
Böyük şəxsiyyətlərin xatirə-memorial kompleksləri və ev muzeyləri...
Azərbaycan dövləti mədəniyyətin ayrı-ayrı sahələrinə hərtərəfli dəstək göstərir və bu sahənin inkişafına böyük təkan verir. Muzeylər xalqın, dövlətin, tarixi şəxsiyyətlərin, elm-mədəniyyət adamlarının irsinin qorunduğu etibarlı bir ocaqdır. Muzeylərdə mədəniyyətimizin bütün qollarının nümunələri yaşayır. Bəlli olduğu kimi, arxeoloji qazıntılar zamanı üzə çıxarılan, alimlərin aşkarladığı maddi sərvətlərlə yanaşı, evlərdə, tayfalarda saxlanan bir sıra nümunələr də muzeylərə təhvil verilib.
Muzeylər Azərbaycan torpağının havasını, ruhunu özündə qoruyur və təbliğ edir.
Azərbaycanda muzey işinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 mart 2007-ci il tarixində «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» Sərəncam imzalayıb.
Sənəddə qeyd edilir ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbli? olunması işində mühüm rol oynayır: «Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olaraq respublikamızın bütün bölgələrini əhatə edir.
Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçib. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilib. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanıb. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer alıb. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər, öz növbəsində, muzey işinin təşkilinə təkan verib və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanıb. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunub».
Sənəddə o da vurğulanır ki, Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Maddi mədəniyyət nümunələrinin, müxtəlif nadir əlyazma və sənət əsərlərinin toplandığı bu muzeyin müvafiq şöbələri əsasında 1930-cu illərdə artıq bir neçə muzey yaradılıb: «Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb. Bu muzeylərdə davamlı olaraq ekspozisiyalar yaradılıb, mövcud ekspozisiya və fondlar isə zənginləşdirilib. Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil alıb və yüzdən artıq muzey yaradılıb. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızda muzeylərin inkişafına ağır zərbə vurub. Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar dağıdılıb, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilib. Son illər sürətli yüksəliş dövrü yaşayan ölkəmizdə milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi potensialı əsasında yüksək inkişaf tempinə uyğun olaraq, mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər üçün isə yeni binalar inşa olunur. Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə olunub».
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında» 2006-cı il 18 dekabr və «Müasir İncəsənət Muzeyinin yaradılması haqqında» 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür.
İlham Əliyevin «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» imzaladığı sərəncamla Azərbaycanda muzey işinin yaxşılaşdırılması həyata keçirildi. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası tikilərək istifadəyə verildi, Muzey Mərkəzi təmir edilərək və yenidən qurularaq istifadəyə verildi. Əslində, görülən işlərin hamısı respublikamızın mədəni həyatında çox təqdirəlayiq işlərdir.
Respublikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri də ayrıca əhəmiyyətə malikdir. Qeyd edək ki, respublikada xatirə muzeyləri, mənzil muzeyləri çoxdur.
Muzey tarixini tədqiq edən alimlərin verdiyi bilgilərə görə, xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısı 1970-1980-ci illərə təsadüf edir. Onu da bildirək ki, bu muzeylərin açılışı təntənəli mərasimlərlə müşayiət olunub, dövlət və hökumət rəsmiləri həmin mərasimlərdə iştirak ediblər. Məlumat üçün bildirək ki, dahi şəxsiyyətlərin mənzil muzeylərinin yaradılaraq istifadəyə verilməsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Azərbaycanda ilk dəfə dahi şairimiz Səməd Vurğunun mənzil muzeyi yaradılaraq istifadəyə verilib. Bu muzeyin yaradılmasında Heydər Əliyevin müstəsna rolu olub.
Onu da vurğulayaq ki, Bakıda Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Bülbülün, Hüseyn Cavidin, Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyn Arifin, Ağdaşda Maqsud Şeyxzadənin xatirə muzeyləri həmin şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı materialların toplandığı, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu mədəniyyət müəssisələri, eyni zamanda, bu şəxsiyyətlərin xatirəsini əbədiləşdirən müqəddəs yerlərdir.
Adilxan Bayramov «Mədəniyyət» qəzetində yazır: «Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində bu cür müqəddəs ocaqlarımızdan bəziləri işğal olunan torpaqlarda qalıb. Şuşada Üzeyir Hacıbəyovun, Bülbülün və Mir Möhsün Nəvvabın, Ağdamın Gülablı kəndində Qurban Pirimovun, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyləri bu təcavüzün qurbanı olub, öz yurdlarında girova çevrilib. Xatirə muzeyi (memorial muzey, ev-muzeyi, mənzil-muzey də adlandırılır) adətən şəxsin doğulduğu, bütün ömrünü və ya həyatının müəyyən illərini yaşadığı, yaxud həmin şəxslə bağlılığı olan yerdə (evdə, mənzildə, iş otağında və s.) yaradılır. Mühüm tarixi hadisələrlə bağlı yerlərdə yaradılan muzeylər xatirə kompleksləri adlandırılır. Xatirə muzeyinin profili həmin şəxsin fəaliyyət sahəsinə uyğun müəyyən edilir.
Respublikamızın xatirə muzeyləri sırasında şair və yazıçılara həsr olunmuş ədəbi-xatirə muzeyləri çoxluq təşkil edir. Ədəbi-xatirə muzeyləri kompleksinə yazıçının yaşamış olduğu ev, mənzil, malikanə, onun şəxsi əşyaları, əlyazmaları, müxtəlif sənədləri, sağlığında nəşr olunmuş kitabları, yaxud yaradıcılığına həsr olunmuş tədqiqat işləri və s. daxildir. Xatirə muzeyi yaradılarkən həmin şəxsiyyətin yaşadığı şəraitin bərpa olunmasına əməl edilməsi xüsusi tələb kimi qarşıya qoyulur. Məsələn, şəxsiyyətin iş və yataq otaqları, qonaq otağı onun sağlığında olduğu vəziyyətə gətirilməlidir. Bu otaqlarda (bunlar «xatirə otaqları» adlandırılır) həm əşyaların yerləşdirilməsi, həm də otaqların ümumi görünüşü (divar, döşəmə, tavan, istifadə olunmuş material və rənglər) həmin dövrü xatırlatmalıdır.
«Memorial» sözünün əsasını təşkil edən «memoria» latın sözüdür, Azərbaycan dilində «xatirə» sözünə uyğun gəlir. Xatirə muzeyinin əşyaları da, təbii ki, həmin şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı olur. Buraya ilk növbədə muzeyin yaradıldığı yer (ev, mənzil, malikanə, iş otağı və s.) daxildir. Təcrübə göstərir ki, yaşadığı müddətdən asılı olmayaraq həmin yerdə xatirə muzeyi yaradılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ona görə ki, mənsub olduğu xalqa başucalığı gətirən, öz xalqının tarixində və taleyində önəmli rol oynayan, elminin və mədəniyyətinin inkişafına dəyərli töhfələr verən şəxsiyyətlərin adı ilə bağlı hər bir məkan müqəddəs tutulur. Buraya gələn hər bir tamaşaçıda xoş hisslər, duyğular yaranır, şəxsiyyətin xatirəsi böyük ehtiramla yad edilir...».
Ekspert bildirir ki, respublikamızda ilk xatirə muzeyi - böyük Azərbaycan yazıçısı və filosofu M.F.Axundovun ev-muzeyi (Şəki) 1940-cı ildə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və ilk gənclik illərini keçirib. Muzey iki kiçik otaqdan ibarətdir: «Rus yazıçısı Aleksandr Fadeyevin «eynilə Belinskinin Çembardakı evi kimi kiçik, amma qalın bir tədqiqat əsərindən daha mənalı» hesab etdiyi bu ev XIX əsrin əvvəllərində çiy kərpicdən tikilib, qayğıkeş insanların sayəsində bu günümüzə gəlib çatıb. Burada məhz həmin dövrü əks etdirən şərait bərpa olunub. Evin yaxınlığında başqa bir tikili də var. Bu sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. Məlumdur ki, M.F.Axundov ömrünün əsas hissəsini Tiflis şəhərində yaşayıb və işləyib. Bu gün böyük yazıçının bir vaxtlar Tiflis şəhərində işləyərkən yaşadığı evdə onun xatirə muzeyi fəaliyyət göstərir. M.F.Axundovun ev-muzeyi adlanan bu mədəniyyət ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-tez toplaşdıqları yerdir. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi burada yerləşir. Cəfər Cabbarlının Bakıda və Xızıda, Cəlil Məmmədquluzadənin Bakıda və Nehrəmdəki (Babək rayonu, Naxçıvan) xatirə muzeylərinin tarixi də xüsusi maraq doğurur. Cəfər Cabbarlı Xızıda anadan olub, daha sonra ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq yazıçının bütün ömrü bu şəhərlə bağlanıb. Onun Bakıdakı ev-muzeyinin yerləşdiyi binanı yazıçının özü tikdirib. Cəfər Cabbarlının Bakı şəhərindəki ev-muzeyi ilə tanışlıq həyətdən başlayır...».
Ekspert qeyd edir ki, 1890-cı illərdə böyük yazıçı Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində müəllim işləyib və burada diyarşünaslıq muzeyi təşkil edib. Muzeydə Azərbaycan tarixinə aid, habelə etnoqrafik materiallar toplanıb. Cəlil Məmmədquluzadə bu sahədə fəaliyyətinə görə Xalq Məktəbləri Müdiriyyətinin təşəkkürünü alıb: «Bu gün Naxçıvan Muxtar Respublikasında yazıçının adı ilə bağlı yerlərdə yaradılan üç xatirə muzeyi fəaliyyət göstərir. Bu muzeylərdən biri Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, digər ikisi isə ədibin müəllimlik etdiyi Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Cəlilkənd kəndindədir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyi də böyük yazıçının adını daşıyır. Əlbəttə, bütün bunlar Mirzə Cəlil sənətinə dövlət qayğısı və ümumxalq məhəbbətinin nəticəsi kimi dəyərləndirilməlidir. Yazıçının Bakı şəhərində yaradılmış xatirə muzeyi də özündə maraqlı tarix yaşadır...».
Tədqiqatçı qeyd edir ki, görkəmli yazıçı, tədqiqatçı-alim və pedaqoq Mir Cəlal Paşayevin ömür yolunun müəyyən hissəsi Gəncə ilə bağlıdır: «O, 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub, atası Gəncəyə köçdüyündən, uşaqlığı və gənclik illəri burada keçib. 1918-1919-cu illərdə Gəncə şəhərində ibtidai təhsil alıb, daha sonra Gəncə Darülmüəllimində oxuyub (1924-1928). İndi Gəncədə ədibin ev-muzeyi fəaliyyət göstərir. Burada onun həyatı və yaradıcılığı ilə bağlı ekspozisiya yaradılıb...».
Azərbaycanda xatirə, ev muzeylərinin məktəblilərin, tələbələrin, gənclərin, elmlə məşğul olan insanların ziyarət yerinə çevrilməsi doğrudan da xalqımızın mədəniyyətimizə sonsuz sevgisinin təzahürüdür. Mənzil muzeyləri mədəniyyətimizin böyük bir parçasıdır və insanların hərtərəfli məlumat alması, tarixi şəxsiyyətlərimizin, mədəniyyətimizin təbliği üçün ən dəyərli məkanlardandır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...
Tarix: 25.05.2026 / 11:54
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...
SON XƏBƏRLƏR
30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək -
xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…
30.05.2026 / 17:03
Noyabrda Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər
– yekun qərar oktyabrda veriləcək...
30.05.2026 / 16:31
Rusiya Ermənistanın mineral su brendini qadağan etdi
- milyonlarla şüşə suyun satışı dayandırıldı...
30.05.2026 / 15:50
Rusiyadan Avropanı qorxudan təhdid
- Sakit yuxu dövrü bitdi...
30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir"
- Vüqar Rəhimzadə
30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi
– bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...
30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı
30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi
30.05.2026 / 13:48
Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb
30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"
30.05.2026 / 12:43
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlandı
30.05.2026 / 12:30
“Arvad” sözünə etirazlar artır – vəkil Vüsal İbadov qanunları xatırlatdı...
30.05.2026 / 12:09
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
30.05.2026 / 11:51
Azərbaycan neftinin qiyməti 98 dollar olub
30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib
30.05.2026 / 10:45
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlandı
30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
30.05.2026 / 08:43
Tokayevdən ABŞ və İrana təklif
- İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...
30.05.2026 / 07:32
NATO xaricində Rusiya əleyhinə London-Varşava ittifaqı yaradıldı
30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır -
CHP-də çöküş son həddə…
30.05.2026 / 06:47
Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…
30.05.2026 / 06:33
Dron qalmaqalı böyüyür -
Britaniya Rumıniyaya qırıcılar göndərdi
30.05.2026 / 06:29
İran ABŞ-dan 12 milyard dollar tələb edir-səbəb?
29.05.2026 / 23:27
Ağ Evdə iki saat davam edən görüş nəticəsiz bitdi
- Tramp İranla bağlı yekun qərarı ertələdi...
29.05.2026 / 22:50
İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu...
29.05.2026 / 21:26
Beynəlxalq Qalereyada fərdi yaradıcılıq sərgisi keçirildi -
“Müstəqilliyimiz Əbədidir!”
29.05.2026 / 20:39
Putin Astanadan Paşinyana xəbərdarlıq mesajı göndərdi
- bütün işləri dayandıracağıq...
29.05.2026 / 20:19
Tramp İranın blokadasını dayandırdı...
29.05.2026 / 20:02
Dünyanın diqqəti Ağ Evə yönəldi
- Tramp İranla bağlı yekun qərarını bu gün verəcək...
29.05.2026 / 19:50
Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir
29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu
- referendum keçirib, Aİ və AİB arasında seçim edin...
29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı
- 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...
29.05.2026 / 17:26
Türkiyənin yük gəmisi dron hücumuna məruz qaldı
29.05.2026 / 17:22
ABŞ-İran razılaşması yenidən dəyişiklik mərhələsində…
29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi
- "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...
29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi
– bu bizim üçün qəbuledilməzdir...
29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı
29.05.2026 / 16:13
“Rusiya bir daha cizgini aşdı” -
Fon der Lyayen
29.05.2026 / 16:01
Rumıniya Rusiyanın bu ölkədəki baş konsulunu “persona non qrata” elan etdi -
Zaxarova “cavab özünü çox gözlətməyəcək” dedi…
29.05.2026 / 15:07
Pezeşkian Azərbaycanın imkanlarından istifadə etməyi tapşırdı
29.05.2026 / 14:34
Bakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir
29.05.2026 / 14:31
Ermənistan xaricdən aldığı hərbi texnikanı yerli istehsal adı ilə əhalisinə sırımağa çalışır
29.05.2026 / 12:32
Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb
29.05.2026 / 12:27
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
29.05.2026 / 12:15
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq
29.05.2026 / 11:58
Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı
– yaralılar var...
29.05.2026 / 11:43
DİN velosiped və skuter sürənlərə xəbərdarlıq etdi....
29.05.2026 / 11:30
Rusiyadan Ermənistana Azərbaycan üzərindən buğda və gübrə göndərildi
29.05.2026 / 11:15
İsrail ölkənin "qara siyahı"ya salınmasına görə Quterreşlə bütün əlaqələri kəsdi...
29.05.2026 / 10:48
Azərbaycan neftinin qiyməti 100 dollara düşdü
29.05.2026 / 10:30
Qanunsuz yolla ölkəyə gətirilmiş külli miqdarda dərman ələ keçirildi
29.05.2026 / 09:55
Azərbaycan vasitəsi ilə Ermənistana növbəti tədarük həyata keçiriləcək
29.05.2026 / 09:23
“Temu”ya 200 milyon cərimə kəsildi
- təhlükəli oyuncaqlar, zədələnmiş şarj cihazları...
28.05.2026 / 21:32
Dubayın məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə büründü
28.05.2026 / 21:18
Ermənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı...
28.05.2026 / 20:55
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
28.05.2026 / 20:37
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi
28.05.2026 / 20:19
Rusiyada Ermənistan məhsullarına qadağa
- meyvə-tərəvəz idxalı dayandırıldı...
28.05.2026 / 19:57
Lüksemburqun Moskvadakı səfiri XİN-ə çağırıldı
28.05.2026 / 19:43
Rusiyanın "kölgə donanmasına" məxsus üç tanker Türkiyə sahillərində hücuma məruz qaldı
28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb
28.05.2026 / 19:21
Beş il sonra...
28.05.2026 / 17:56
Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlandı, bir nəfər həbs edildi
28.05.2026 / 17:31
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib
- VİDEO
28.05.2026 / 17:16
Təl-Əviv ŞOKDA
– BMT İsraili “qara siyahı”ya saldı...
28.05.2026 / 16:42
İrandan Trampa cavab
- geri çəkilməyəcəyik...
28.05.2026 / 16:20
ABŞ İranı, İran Küveyti vurdu
- CENTCOM atəşkəsi İranın pozduğunu iddia etdi...
28.05.2026 / 15:36
Putinin illər əvvələ aid görüntüləri ortaya çıxdı
- VİDEO
28.05.2026 / 15:10
Prezident: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"
28.05.2026 / 15:06
"Müstəqillik Günü hər birimiz üçün çox əzizdir"
- Prezident
28.05.2026 / 15:04
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28.05.2026 / 15:01
"Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir"
- Prezident
28.05.2026 / 14:32
Rusiya Azərbaycan ərazisindən Ermənistana karbamid və un göndərdi
28.05.2026 / 14:23
Prezident Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
- FOTO
28.05.2026 / 14:15
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verildi
- FOTO
28.05.2026 / 14:05
Salyanda çətənə yetişdirən şəxs həbs edildi
28.05.2026 / 13:40
Prezident Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
- FOTO
28.05.2026 / 13:33
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
28.05.2026 / 13:30
Tramp seçki öncəsi Paşinyanı açıq şəkildə dəstəklədi
28.05.2026 / 13:25
ABŞ Rusiyanı Ermənistanda sürətlə sıxışdırır
28.05.2026 / 13:18
Trampın Sülh Şurası fonduna hələ bircə dollar da yatırılmayıb…
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- FOTO
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
XƏBƏR ARXİVİ