17/09/2019 01:10
728 x 90

İbrahim Delili oğurluq üstündə yaxalandı - FOTO

img

Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib. Zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını, oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İdarə və Şöbə əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanıb. Saxlanan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 22 ci Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər