Yasamal Rayon Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaqda təqsirləndirilən İmamverdi Ağayevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Vəkil Hafiz Ələsgərovun APA-ya verdiyi xəbərə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib. İ. Ağayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs daşıdığı yükün narkotik vasitə olduğundan xəbəri olmayıb: "Buna görə də o məhkəmədə özünü təqsirli bilməyib".
Qeyd edək ki, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.
Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycandan tranzit keçməklə İranın "Mojtaba Shage Azar" şirkətindən Ukrayna