İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanıb.
X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra, kodu üzərində olduğundan, həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı