Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı