Azərbaycanlının qatilinin axtarışları davam etdirilir. Rusiya İstintaq Komitəsinin Voronej üzrə İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qətlin necə törədildiyi və azərbaycanlı kriminal avtoritetin kimliyi barədə ətraflı məlumat verilmir.