Hacıqabul rayonunda qətl hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9 radələrində Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.
Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1959-cu il təvəllüdlü Hüseynova Almaz Sabir qızını ürək və ağ ciyər nahiyəsindən ov tüfəngi ilə vuraraq qətlə yetirib.
Bundan sonra Ə. Hüseynov özünü alın nahiyəsindən güllə ilə vuraraq öldürüb.
Hacıqabul rayon Prokurorluğundan bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Qohumlarının sözlərinə görə, Əflan Hüseynov mütəmadi olaraq spirtli içki qəbul edib tez-tez evdə qalmaqal yaradırmış.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.