Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Hacıqasımlı kənd ərazisində müvafiq icazəsi olmadan ov edən bir nəfər rayon sakini saxlanılıb. Ondan bir ədəd “Toz-63» markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl ördəkləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.