Narkotik və silah-sursatla saxlanılan şəxsin daha bir cinayətinin üstü açıldı

img

Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yanvarın 14-də narkotik vasitə olan heroini satarkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Rizvan Əkbərovun yaşadığı evdən ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi, qohumuna məxsus yaşayış evindən isə gizlətdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb.

ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və qanunsuz silah-sursat əldə edib saxladığına görə saxlanılan Lənkəran rayon sakini Rizvan Əkbərovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətində torpağa basdırdığı 1 ədəd “WALTER” markalı tapança da aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər