Bakıda kafedən oğurluq edən şəxsin başqa bir oğurluq cinayəti də açıldı

img

Bakıda kafe və aptekdən oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Fərzəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun Koroğlu stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.

Son xəbərlər