Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.