Paytaxtın Suraxanı rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir."