Xocavənd polisi azad ərazilərə narkotik keçirmək istəyən şəxsi saxladı

img

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər