Göyçayda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bığır kənd sakini Ədalət Mayılov saxlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.