Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Trend-in məlumatına görə, prosesdə vəsatət təmin edilib və M.Ələkbərli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.