çərşənbə günü, 08 iyul 2026
     

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi – 14 nəfər saxlandı, 68 kq narkotik, 6600 ədəd həb və daha nələr… - FOTO/VİDEO

Image


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Nəsimi rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən ələva olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanbaba Abbaszadə və onun tanışı Qəhrəman Qədimov saxlanılıblar. Xanbaba Abbaszadə və Qəhrəman Qədimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan ümumilikdə 35 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Qəhrəman Qədimovun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan Xanbaba Abbaszadəyə məxsus  1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, 2300 ədəd psixotrop tərkibli satışı qadağan edilən metadon və 4300 ədəd tramadol həbi akar edilib

Baş İdarə əməkdaşları tərəfindən Səbail rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elxan Əhədli saxlanılıb. Onun üzərindən və mənzilindən ümumilikdə 733 qram heroin, psixotrop maddə metamfetamin və  2 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları və sosial şəbəkələrdə vətəndaşlardan edilən müraciətlər əsasında Xətai, Nəsimi və Abşeron rayonlarında həyata keçirdikləri tədbirlər zamanı müvafiq olaraq Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar. Bu şəxsləin üzərindən və yaşadıqları evlərdən ümilmilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlının ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra bu şəxslər narkotik vasitələri sərhədyanı rayonların ərazilərində qəbul ediblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, hətta narkotik maddələri qamaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarmaq olub. Adları sadalanan şəxslər həmçinin onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə xaricdəki narkokuryerlərin hesablarına köçürüblər. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinə nəzarət ediblər.

Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Quba rayonunun Davidoba kəndi sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş yaş çəkisi 510 kiloqram olan 119 ədəd çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tural Məmmədov bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Yardımlı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara rayon sakinləri Mehdi Həsənov, Heybər Nabatov, həmçinin Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov saxlanılıblar. Astara rayon sakinlərindən ümumilikdə 2 kiloqrama yaxın marixuana və, Yardımlı sakinlərindən isə 3 qrama yaxın heroin və metafetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, eləcə də 6600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

BNMİ bir daha vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum diqqətli olsunlar. Onlara narkotik vasitələri ilkin olaraq ödəniş tələb etmədən təklif edən səhifələrin asan yolla varlanmaq vədlərinə inanmasınlar. Həmin səhifələr onlara bu cür təkliflər etdikdə isə onların hesablarını şikayət etməklə bağlanmasına nail olmaq hər birimizin başlıca vətəndaşlıq borcudur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 07:20
Netanyahu Türkiyyəyə F35-lərin verilməsini yolverilməz sayır - “güc balansını pozacaq…”

08.07.2026 / 07:13
Xamenei və ailə üzvləri Kərbəlada dəfn olunacaq

08.07.2026 / 07:09
Hörmüz yenə “yanğın yerinə” döndü, ABŞ İranın lisenziyasını ləğv etdi…

07.07.2026 / 22:12
Kreml Zelenskinin vurduğu YDS-lərin acığını “Azərbaycanın əmlakından çıxır”...

07.07.2026 / 21:48
Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

07.07.2026 / 21:24
Putinin Kiyevdə yaşayış binalarını vurdurmasının arxasındakı sirr... Təhlilçilərdə fərqli fikir...

07.07.2026 / 21:07
"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

07.07.2026 / 20:50
Tramp Ukraynada sülh barədə inanılmaz sözlər dedi...

07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır - üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...

07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...

07.07.2026 / 19:45
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

07.07.2026 / 19:37
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

07.07.2026 / 19:21
Putinlə Zelenskinin arasında Trampın balans planı - sammitdən əvvəlki zənglərin mənası...

07.07.2026 / 19:05
Ərdoğan F-35-lərlə bağlı açıqlama – Trampdan beş təyyarənin sözünü almışıq...

07.07.2026 / 18:53
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşdü

07.07.2026 / 18:46
Tramp Ankarada Ukrayna müharibəsindən danışdı - Putin də, Zelenski də razılaşmaq istəyir...

07.07.2026 / 18:23
Mətbuat Şurasında mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi

07.07.2026 / 18:10
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlandı

07.07.2026 / 17:52
Trampın Ankarada ilk mesajları - Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək...

07.07.2026 / 17:36
İsrail Azərbaycanın da qırmızı xəttini keçir - yəhudi ölkəsində dərin narahatlıqlar var...

07.07.2026 / 17:20
AQTA-nın qərarı ətin qiymətini bir qədər də artıracaq

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 16:07
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07.07.2026 / 16:05
Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu

07.07.2026 / 15:58
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər

07.07.2026 / 15:58
ADY Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunu artırır

07.07.2026 / 15:53
Prezident ötənilki dövlət büdcəsini təsdiqlədi

07.07.2026 / 15:51
TƏBİB: “Tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir”

07.07.2026 / 15:35
Azərbaycan özü də dron istehsalına başlayır...

07.07.2026 / 15:04
Trampın Əliyevə bu dəvəti Azərbaycana böyük faydalar gətirəcək...

07.07.2026 / 14:41
Arxiyepiskop Qalstanyan Paşinyanı məhkəməyə verir

07.07.2026 / 14:34
Dəməşqdə Makronun qaldığı otelin qarşısında partlayış olub…

07.07.2026 / 14:07
Zakir Həsənov baş direktoru və bir qrup hərbi qulluqçunu təltif etdi

07.07.2026 / 13:42
Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq etdi - "odla oynayırlar"...

07.07.2026 / 13:38
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

07.07.2026 / 13:18
Nəsimidə əməliyyat - 4 nəfər saxlandı, 70 kq narkotik ələ keçirildi...

07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ