Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıb.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.