Bazar günü günü, 23 avqust 2026
     

"Rövşən Əkbərov dedi ki, Elçini bıçaqla vurdum" - Şahid

Image


Bu gün Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, zərərçəkmiş Məzahir Şıxəliyevin qardaşı Rafiq Şıxəliyev bildirib ki, 2001-ci il iyulun 2-də ona hadisə barədə telefonla məlumat verilib: "Öyrəndim ki, Kiyevdə qardaşım döyülüb, Elçin Əliyev qətlə yetirilib. Bu hadisədən sonra qardaşım polis tərəfindən saxlanıldı. Bir neçə gündən sonra sərbəst buraxıldı".

O bildirib ki, qardaşı 1996-cı ildən Ukraynada biznes qurub: "Elçini də oradan tanıyıb, Elçinlə birgə biznesləri də olub. Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə gəldik. Orada hadisə barədə dəqiq məlumat öyrəndik. Elçinin qardaşı İdrak dedi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı Elçin Əkbərovun adını hallandırırdı".

Prosesdə ifadə verən digər şahid, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov bildirib ki, Rövşən Əkbərovu general kimi tanıyıb, amma münasibətləri olmayıb: "İş adamı, mərhum Elçin Əliyevi isə 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1995-ci ildə Bakıya gəldim, geri qayıtmadım".

Nazim İbrahimov bildirib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin olunandan sonra bizneslə məşğul olmayıb: "Mən səfir gedəndən sonra Elçin Əliyev həm yaxın dostum, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak etdi. Hətta Elçin özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə vermişdi. Bir müddət həmin avtomobildən istifadə etdik. Sonra Bakıdan səfirliyə avtomobil göndərildi. Bundan sonra Elçinin avtomobili özünə geri qaytarıldı. Səfirliyin yerləşdiyi bina, Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında idi. Elçin Əliyevin oranı ofis kimi icarəyə götürmüşdü. Daha sonra həmin ofisin yerləşdiyi ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alındı. 2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim".

Nazim İbrahimovun sözlərinə görə, 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşidib: "Mən də dostum olduğu üçün Elçin Əliyevin ailəsi ilə danışdım. Dedilər ki, meyiti kim gətirsin? Mən də bunu öz üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzova zəng edib Elçinin meyitinin gətirmək lazım olduğunu dedim. Səməd Novruzov təyyarəyə iki bilet aldı, biz birlikdə Ukraynaya getdik. Orada olanda əvvəlcə morqa getdim. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər".
Nazim İbrahimov bildirib ki, Kiyevdə olduğu müddətdə Qüdrət Əhmədov onunla əlaqə saxlayıb, general Rövşən Əkbərovun onunla görüşmək istədiyini deyib: "Mən də razılaşdım. Rövşən Əkbərov qaldığım "Dnepr" otelinin foyesində mənimlə görüşdü. Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır. Bunu Bakıda olan dövrdə də eşitdiyimi söylədim. Görüş zamanı Rövşən Əkbərov bildirib ki, hadisə baş verən gecə qonaqlıqda olublar, qonaqlıqdan sonra “Sikora” kafesinə gediblər, Elçin Əliyev və Məzahir Şıxaliyevlə bir stolda oturublar, aralarında hansısa kobud rəftara görə mübahisə yaranıb, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurub. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb".

Nazim İbrahimov deyib ki, növbəti gün Elçin Əliyevi Bakı şəhərinə gətiriblər.
Sualları cavablandıran Nazim İbrahimov bildirib ki, davadan əvvəl Elçin Əliyev, Məzahir Şıxəliyev, Rövşən Əkbərovun iştirak etdiyi məclisdə generalların şərəfinə sağlıq deyilib: "Bu zaman İsgəndərovun yaxın adamı olan Məzahir Şıxəliyev deyib ki, Azərbaycanda bir general olub, o da içəridədir. O zaman Məzahir İsgəndər Həmidovu nəzərdə tutub. Mən bu söhbəti Kiyevdə olan zaman eşitdim. Görüş zamanı Rövşən Əkbərov bu barədə mənə heç bir söz demədi".

Nazim İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini təsdiqlənməyib. Bildirib ki, həmin dövrdə ifadəsini xatırlamır.
Rövşən Əkbərovun vəkilləri Nazim İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

Buna həm prokuror Eldar Həmzəyev, hə də zərərçəkmiş Elçin Əliyevin ailəsinin vəkili Elçin Sadıqov etiraz ediblər. Elçin Sadıqov bildirib ki, həmin dövrdən 20 il vaxt keçib, bu səbəbdən şahidin 2021-ci ildə verdiyi ifadə həqiqəti əks etdirir.

Rövşən Əkbərov buna etiraz edib: "Vəkil deyir ki, hadisədən 20 il keçib. O zaman sual ortaya çıxır ki, hadisədən 20 il vaxt keçib, 20 ildən sonra şahidlər burada necə düzgün danışa bilərlər.

Nazim İbrahimov deyib ki, hamı Elçin Əliyevin qətlə yetirilməsində Rövşən Əkbırovun günahı olduğunu danışıb.

Bu vaxt Nazim İbrahimovla Rövşən Əkbərovun arasında mübahisə yaranıb.
Hakim tərəflərə xəbərdarlıq edəndən sonra Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması barədə qərar açıqlayıb.

Nazim İbrahimov 2003-cü ildə dindirilən zaman ifadəsində Elçin Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib.

Daha sonra şahid qismində Musaxan Əliyev və İdrak Qarayev ifadə veriblər.
Növbəti proses sentyabrın 8-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ