Saatlının Dədə Qorqud kəndində yabanı halda bitən çətənə kolları məhv edildi - FOTO

img

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dədə Qorqud kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 107 kiloqram olan 64 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər