Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bakı Dövlət Universitetindən isə mətbuata bildirilib ki, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.