Ağstafada övladına toy edən koronavirus xəstəsi məsuliyyətə cəlb olundu - FOTO

img

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözlənməklə həmin xanım xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər