Polis cinayətin qarşısını aldı - Xızıda ailəsini hədələyən şəxs saxlandı - FOTO

img

Xızı Rayon Polis Şöbəsi əməkdaşların keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sabir Atlıxanov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, iyulun 21-i səhər saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova həyat yoldaşı S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valieynlərini ölümlə hədələdiyini bildirib. Həmin vaxt L. Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Rayon Polis Şöbəsi əməkdaşları müraciətə operativ reaksiya verərək dərhal hadisə yerinə gediblər. Polis əməkdaşlarını görərkən əvvələr dəfələrlə məhkum olunmuş S.Atlıxanov özünə bıçaqla xəsarətlər yetrib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, çox uzağa gedə bilməyib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman onun üzərindən bir ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər