Salyanda pandemiya qaydalarını pozan beş şadlıq sarayının inzibatçıları cəzalandırıldı

img

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən beş şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər