İsmayıllıda toy yasa döndü - bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi

img

İsmayıllıda bəy və qardaşı toydan sonra bıçaqlanıblar. Xəbəri eşidən qardaşların atası isə vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, ilkin məlumatlara görə, toy məclisi yekunlaşdıqdan sonra iştirakçılar arasında dava düşüb. Qonaqları ayırmaq istəyən bəy, 1983-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu və qardaşı, 1991-ci il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu bıçaqlanıblar.

Qeyd edilir ki, bıçaqlanan qardaşların atası Səfərəliyev Nəriman Tahir oğlunun da vəziyyəti qəfildən pisləşib. O dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara görə, N.Səfərəliyevin ürəyi xəstə olub, oğlanlarının bıçaqlanma xəbərini eşidəndən sonra vəziyyəti ağırlaşıb.

O da qeyd edilir ki, hadisədən sonra hər iki qardaşı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Müxtəlif dərəcəli xəsarət alan qardaşlar müayinə edilərək, onlara ilkin tibbi yardım göstərilib.


 

Son xəbərlər