Biləsuvar sakinləri narkotiklə yaxalandı

img

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əliabad kənd sakini R.Qasımov saxlanıb. Onun üzərindən 123 qramdan artıq narkotik vasitə heroin, 200 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə isə Biləsuvar rayon sakinləri P.Ağayev və E.Rüstəmov saxlanıb. P.Ağayevin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana, E.Rüstəmovdan isə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Son xəbərlər