Suraxanıda narkotik alveri ilə məşğul olan 2 nəfər tutuldu - FOTO/VİDEO

img

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Seyidağa Ağayev saxlanılıb. Onun Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 40 ədəd ümümi çəkisi 5 kiloqram 515 qram olan çətənə bitkisi aşkar olunaraq götürülüb. Seyidağa Ağayev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan paytaxt sakini Elmar Mirzəyev saxlanılıb. Onun Suraxanı qəsəbəsində yerləşən evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolları, üzərindən və mənzilindən 3 kiloqram 500 qram, o cümlədən, 9 ədəd kibrit qutusunda satış üçün qablaşdırılan qurudulmuş marixuana, heroin, psixotrop maddə olan metamfetamin bükümləri və elektron tərəzi aşkar olunaraq götürülüb. Elmar Mirzəyev ifadəsində Suraxanı qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Seyidağa Ağayev və Elmar Mirzəyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər