DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər\Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanıb.
Keçirilən baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1200 manat olan mis kabelləri qıraraq oğurladığı müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.