“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Arvana kəndi ərazisində 105 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 1434 kiloqram olan 10247 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.