Lənkəranda keçmiş məhkumun gəzdirdiyi idman çantasında heroin aşkarlandı

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.

Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib. Belə ki, M.Məmmədovun üzərinə keçirilən şəxsi baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər