Şəki Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədovu saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.