Abşeron rayonu, Xırdalan şəhərində “OBA” marketdən oğurluq olub. "Report"un xəbərinə görə, həmin marketin müdiri Şaiq Salehova məxsus pul kisəsi oğurlanıb. Pul kisəsində 1000 manata yaxın pul olub.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.