Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin əməkdaşlarında şəhər sakini Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanaraq Polis İdarəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı C.Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Tofiq Abdullayev saxlanılarkən şəxsi baxış zamanı üzərindən 460 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.