Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilir. KİV-lərdə yayılan məlumata görə, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.
Belə ki, icra başçısının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Hazırda əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.