İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTO

img

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.

Polislər tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.

Son xəbərlər