Polis Cəlilabadda nişan, Lənkəranda yas məclisi keçirənləri cərimələdi

img

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbilər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhər sakini M.Məmmədovun karantin rejiminin qaydalarını pozaraq qızına nişan məclisi təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon sakini Q.Əkbərovun karantin rejim qaydalarını pozaraq Separadi kəndində qohumuna yas mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin ünvanda olan polis əməkdaşları tərəfindən bir daha məclis iştirakçılarına karantin rejim qaydaları izah olunub. Məclisin təşkilatçısı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər