Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafenin işçiləri cərimələndi

img

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Son xəbərlər