Saatlı sakinindən “TOZ-63” markalı ov silahı götürüldü

img

Saatlı rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Son xəbərlər